Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 240
¹ 240 Bakı
şəhəri, 22 iyun 2016-cı il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişiklik edilməsi barədə
“Azərbaycan
Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin
təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 dekabr tarixli
1659 nömrəli Sərəncamının 2.6-cı bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 4
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, N 1, maddə 28; 2015, N 6, maddə 785;
2016, N2 (II kitab), maddə 368, N 4, maddə 783) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nın 2-ci hissəsi ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 25 iyun.- S.6.