Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 239

¹ 239                                    Bakı şəhəri, 22 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında” 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanının 5.2-ci və “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamının 2.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1227; 2013, N 6, maddə 740) ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5.6-cı və 5.8-ci bəndlərdə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

2. 5.7-cı və 5.8-ci bəndlərdə “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.0-2016.- 25 iyun.- S.6.