Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 238
¹ 238 Bakı şəhəri,
22 iyun 2016-cı il
“Azərbaycan Respublikasında avtomobil
yollarının təsnifat göstəriciləri”nin və
“Ümumi istifadədə olan avtomobil yollarının
adlandırılması, indeksasiyası və qeydiyyata
alınması Qaydaları”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin “Azəravtoyol” Açıq Səhmdar
Cəmiyyəti haqqında” 2016-cı il 9 mart tarixli 826 nömrəli
Fərmanının 5.2-ci və “Azərbaycan
Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin
təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə”
2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamının
2.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Azərbaycan
Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin
və “Ümumi istifadədə olan avtomobil yollarının
adlandırılması, indeksasiyası və qeydiyyata
alınması Qaydaları”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 7,
maddə 582; 2007, N 11, maddə 1177; 2008, N 2, maddə 132; 2009, N
8, maddə 677; 2012, N 11, maddə 1197; 2014, N 5, maddə 549, N
10, maddə 1293; 2015, N 2, maddə 214) 1-ci hissəsinin ikinci
abzasında “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin”
sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 25 iyun.- S.6.