Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 237
¹ 237 Bakı şəhəri,
22 iyun 2016-cı il
“Azərbaycan
Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi
Komissiyası haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarında
dəyişiklik edilməsi barədə
“Azəravtoyol”
Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 826 nömrəli
Fərmanının 5.2-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi
Komissiyasının üzvlərinin siyahısı”nın
“Komissiyanın üzvləri” bölməsində “Azəryolservis”
sözü “Azəravtoyol” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 25 iyun.- S.6.