Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 235
¹ 235 Bakı şəhəri,
22 iyun 2016-cı il
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı”na əsasən
Azərbaycan gənclərinin
xarici ölkələrin
ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda
dəyişikliklər edilməsi
barədə
“2007-2015-ci
illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı”nın təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 16
aprel tarixli 2090 nömrəli Sərəncamına
əsasən və Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008, N 11, maddə 1040; 2010, N 2, maddə 157, N 3, maddə
264, N 10, maddə 911; 2012, N 8, maddə 833; 2014, N 3, maddə
309, N7, maddə 909; 2015, N 7, maddə 899) ilə təsdiq edilmiş
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı”na əsasən
Azərbaycan gənclərinin
xarici ölkələrin
ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.
2.4-cü bənd aşağıdakı
redaksiyada verilsin:
“2.4. Xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi
üçün vəsait
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin sifarişləri əsasında
Dövlət Proqramını
maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə
olan rəsmi məzənnəyə uyğun
Azərbaycan manatının
ekvivalenti ilə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin müvafiq xəzinə hesablarına köçürülür.”.
2. Aşağıdakı məzmunda
5.3.8-ci yarımbənd əlavə
edilsin:
“5.3.8. təhsil alanların bəzi xərcləri (təhsil haqqı, viza və qəbul edən ölkədə qeydiyyat xərcləri, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri) təhsil alan tərəfindən ödənildiyi təqdirdə, həmin xərclər onun təqdim etdiyi təsdiqedici sənədlər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma təqdim olunan sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında Azərbaycan manatı ilə ödənilir.”.
3. 6.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.2. Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən, vəsaitin köçürülməsi tarixinə olan rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə müvəkkil bank arasında imzalanmış müqaviləyə əsasən bank xərcləri olaraq tanınır. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürülmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 25 iyun.- S.6.