“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci
bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 12,
maddə 740; 2002, N 12, maddə 706; 2003, N 1, maddə 23, N 8, maddə
428, N 12, I kitab, maddələr 676, 698; 2005, N 1, maddə 1, N 6,
maddə 462, N 8, maddə 684, N 10, maddələr 873, 905, N 12,
maddə 1083; 2006, N 3, maddələr 223, 225, N 6, maddə 481, N
12, maddələr 1015, 1029; 2007, N 2, maddə 80, N 12, maddə
1203; 2008, N 3, maddə 158, N 6, maddə 462, N 7, maddə 602, N
12, maddə 1047; 2009, N 1, maddə 5, N 2, maddə 56, N 3, maddə
160, N 7, maddə 519, N 12, maddə 947; 2010, N 4, maddə 276, N 6,
maddə 485, N 10, maddə 840, N 11, maddə 939; 2011, N 1, maddə
12, N 4, maddələr 245, 264, N 11, maddə 985, N 12, maddə
1100; 2012, N 1, maddə 4, N 6, maddələr 508, 518, N 7, maddə 646, N 10, maddə 947, N
12, maddələr 1216, 1227, 1229; 2013, N 3, maddə 213, N 5, maddə 474,
N 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, N 12, maddələr
1485, 1504; 2014, N 1, maddə 6, N 5, maddə 468, N 6, maddələr
603, 605, N 7, maddələr 774, 780, N 11, maddələr 1345,
1370; 2015, N12, maddə 1432; 2016, N1, maddələr 15, 36, N4, maddə
630) aşağıdakı dəyişikliklər edilsin:
1.
16.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
16.1.6.
tranzit vizalarının və birdəfəlik giriş
vizalarının rəsmiləşdirilməsi
üçün
20
ABŞ dolları
2.
16.1.8-ci, 16.1.9-cu və 17.8-ci maddələr ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 iyun
2016-cı il
Azərbaycan.-2016.- 26 iyun.- S.4.