Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli
911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və
yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003, N 8, maddə 440; 2006, N 3, maddə 229, N 6, maddə
498; 2007, N 2, maddələr 86, 101, N 3, maddələr 217, 227, N
7, maddə 714, N 9, maddə 867, N 10, maddə 948, N 12, maddə
1242; 2008, N 1, maddə 9, N 3, maddələr 173, 179, N 6, maddə
499, N 8, maddələr 717, 723; 2009, N 2, maddə 66, N 6, maddələr
419, 421, 422; 2010, N 2, maddə 80, N 3, maddə 183, N 10, maddə
850; 2011, N 2, maddə 85; 2012, N 11, maddə 1078; 2013, N 3, maddə
236, N 8, maddə 901; 2014, N 9, maddə 1027) ilə təsdiq
edilmiş “İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.1.3-cü yarımbəndin on
dördüncü abzasında “Azərbaycan Respublikası Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondunun icraçı direktoru” sözlərindən sonra “, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun direktoru” sözləri əlavə edilsin.
2. 2.1.4-cü yarımbəndin iyirmi
birinci abzasında “Azərbaycan Respublikası Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun
icraçı direktorunun müavinləri” sözlərindən
sonra “, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Müdafiə Fondunun direktorunun müavinləri” sözləri
əlavə edilsin.
3. 2.1.6-cı yarımbəndin
doqquzuncu abzasında, 2.1.7-ci və 2.3.3-cü yarımbəndlərin
ikinci abzasında “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondunun” sözlərindən sonra
“, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Müdafiə Fondunun” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun
2016-cı il
Azərbaycan.-2016.- 26 iyun.- S.5.