“Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli
386 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”ni
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 91-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
“Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, N 2, maddə 90, N 7, maddə 625, N 11, maddə 996;
2012, N 9, maddə 853, N 11, maddə 1084; 2013, N 2, maddə 124, N
12, maddə 1525; 2014, N 7, maddə 789, N 9, maddə 1053; 2015, N
1, maddə 17, N 3, maddələr 263, 264, N 6, maddə 705, N 8,
maddə 908, N 10, maddə 1134; 2016, N 3, maddə 437; Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 20 may tarixli 898 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
haqqında Əsasnamə”yə aşağıdakı məzmunda
3.1.19-2-ci yarımbənd əlavə edilsin:
“3.1.19-2.
hər il növbəti il üçün normal iş
vaxtı üzrə istehsalat təqvimini və iş
vaxtının normasını müəyyən etmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 iyun
2016-cı il
Azərbaycan.-2016.- 26 iyun.- S.5.