“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Əhalisinin Dövlət Reyestrinin
aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 5, maddə 520, N 12, maddə 1550; 2015, N 10, maddə 1141) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci bənddən “16” rəqəmləri “15” rəqəmləri ilə,” sözləri çıxarılsın.
2. 4.2-ci bəndin əvvəlinə “9.12-ci,” sözləri əlavə edilsin.
3. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
“5. Bu fərmanın 4.1-ci bəndi 2020-ci il yanvarın 1-dən, 4.2-ci bəndi isə 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyun 2016-cı il
Azərbaycan.- 2016.- 26 iyun.- S.5.