“Avtomobil
yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli
299 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Avtomobil
yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 10 mart tarixli
299 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, N 3, maddə 166;
2004, N 12, maddə 1005; 2009, N 10, maddə 784; 2014, N 1, maddə
21, N 10, maddə 1184) 2-ci hissəsinin səkkizinci abzasına
“Nəqliyyat Nazirliyi” sözlərindən sonra “, Bakı, Sumqayıt və Gəncə
şəhərlərinin inzibati ərazisində müntəzəm
şəhərdaxili sərnişindaşımaya münasibətdə
isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və
Gəncə Şəhər İcra Hakimiyyəti
başçıları yanında Avtomobil Nəqliyyatı ilə
Sərnişindaşıma idarələri” sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun
2016-cı il
Azərbaycan.-2016.- 26 iyun.- S.4.