Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli
472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat
Nazirliyinin Dövlət Avtomobil
Nəqliyyatı Xidməti haqqında Əsasnamə”də dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, N 7, maddə 634) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı
Xidməti haqqında Əsasnamə”nin 1-ci bəndində “sahəsində” sözündən
sonra “(Bakı, Sumqayıt və Gəncə şəhərlərinin
inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili sərnişindaşıma və taksi
minik avtomobilləri ilə sərnişindaşıma istisna
olmaqla)” sözləri əlavə
edilsin.
İlham ƏLIYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 iyun 2016-cı
il
Azərbaycan.-2016.- 26 iyun.- S.4.