“Bakı şəhərində
nəqliyyat əməliyyatlarının intellektual
idarə edilməsi sisteminin
yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Bakı şəhərində nəqliyyat
sahəsində islahatların keçirilməsinə dair əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21 dekabr tarixli 709 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
“Bakı
şəhərində nəqliyyat əməliyyatlarının
intellektual idarə edilməsi sisteminin yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26
oktyabr tarixli 2469 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, N 10, maddə 1006;
2010, N 7, maddə 610) 2-ci hissəsində “Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi” və 4-cü hissəsində
“Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi” sözləri
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Bakı Nəqliyyat Agentliyi”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun
2016-cı il
Azərbaycan.-2016.-
26 iyun.- S.4.