Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 252
¹ 252
Bakı şəhəri,
22 iyun 2016-cı il
“Aqrarkredit” Qapalı
Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan
Beynəlxalq Bankı”
Açıq Səhmdar
Cəmiyyətindən alınmış
problemli aktivlərin əvəzində mövcud
qanunvericiliyə uyğun
olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların
satılması və
kənar idarəçilərə
idarəetməyə verilməsi
üzrə Müsabiqə
Komissiyasının yaradılması
barədə
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin
dövlətə məxsus
səhmlərinin özəlləşdirilməyə
hazırlanması ilə
bağlı sağlamlaşdırılma
tədbirləri haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 15
iyul tarixli 570 nömrəli Fərmanının 5.2-ci bəndinə
əsasən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının idarəetməsinə
verilmiş problemli aktivlər üzrə ödənilməmiş borcların
əvəzində mövcud
qanunvericiliyə uyğun
olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların
satılması və
kənar idarəçilərə
idarəetməyə verilməsi
prosesində şəffaflığın
təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı
(bundan sonra “Aqrarkredit” QSC) tərəfindən
“Azərbaycan Beynəlxalq
Bankı” Açıq
Səhmdar Cəmiyyətindən
(bundan sonra - “Azərbaycan Beynəlxalq Bankı” ASC ) alınmış
problemli aktivlərin (borcların) əvəzində
əldə edilən daşınar və daşınmaz əmlakların
(bundan sonra - əmlaklar) satılması
və kənar idarəçilərə idarəetməyə
verilməsi barədə
qərar qəbul edilməsi məqsədi ilə aşağıdakı
tərkibdə Müsabiqə
Komissiyası
yaradılsın:
Komissiyanın sədri
Azər
Bayramov
- Azərbaycan
Respublikası maliyyə
nazirinin müavini
Komissiyanın üzvləri:
Bayram Rzayev
- Azərbaycan
Respublikası İqtisadiyyat
Nazirliyinin Mənzil-kommunal
şöbəsinin müdir
müavini
Mehman Səfərov
- Azərbaycan
Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin
Maliyyə və mühasibat uçotu şöbəsi
müdirinin müavini,
daxili audit sektorunun müdiri
Tehran Mehdiyev - Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinin
Dövlət əmlakının
özəlləşdirilməsi
və icarəyə verilməsi şöbəsinin
böyük məsləhətçisi
Cahangir Kərimov
- “Aqrarkredit”
QSC-nin İdarə Heyəti sədrinin müavini.
2. “Aqrarkredit” QSC tərəfindən
“Azərbaycan Beynəlxalq
Bankı” ASC-dən alınmış problemli aktivlərin əvəzində
mövcud qanunvericiliyə
uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş
əmlakların satılması
və kənar idarəçilərə idarəetməyə
verilməsi üzrə
yaradılmış Müsabiqə
Komissiyasının fəaliyyət
Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müsabiqə Komissiyasına
tapşırılsın ki:
3.1. “Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında:
3.1.1. əmlakların satılması və ya kənar idarəçilərə
idarəetməyə verilməsi
barədə qərar
qəbul etsin;
3.1.2. satılmasına dair qərar qəbul edilmiş hər bir əmlak
üzrə seçilmiş
nüfuzlu müstəqil
qiymətləndiricinin rəyi
nəzərə alınmaqla,
ilkin satış qiyməti barədə müvafiq qərar qəbul etsin;
3.1.3. əmlakların açıq hərraclarda
satışı məqsədi
ilə ixtisaslaşdırılmış
təşkilatların seçilməsini
təmin etsin;
3.1.4. əmlakların kənar idarəçilərə
idarəetməyə verilməsinin
üsullarını (birbaşa
müqavilə və ya müsabiqə əsasında), şərtlərini,
tələblərini və
müddətini müəyyən
etsin;
3.1.5. əmlakların növündən və mürəkkəbliyindən asılı
olaraq, onların satılması və ya kənar idarəçilərin
idarəetməsinə verilməsi
zamanı muzdla kənar məsləhətçinin
cəlb edilməsi barədə qərar qəbul etsin.
3.2. ipoteka (girov)
predmeti olan və borc tələbi
yönəldilmiş əmlakların
satılması vəziyyəti
ilə bağlı “Aqrarkredit” QSC-nin məlumatlarına baxsın
və tövsiyələrini
versin;
3.3. işini bu
qərarın 2-ci hissəsi
ilə təsdiq edilmiş fəaliyyət qaydasına uyğun olaraq təşkil etsin və zərurət
yarandıqda, öz işinə dair reqlamentlər və digər tənzimləyici
qərarlar qəbul etsin.
4. “Aqrarkredit” QSC-yə tapşırılsın
ki:
4.1. əmlakların satılması və kənar idarəçilərə
idarəetməyə verilməsi
məqsədi ilə hazırlıq işləri
aparsın, həmin əmlakın qiymətləndirilməsi
və satışı
üçün müstəqil
qiymətləndirici, ekspert,
əmlakın növündən
və mürəkkəbliyindən
asılı olaraq isə kənar məsləhətçi cəlb
edilməsi ilə bağlı tədbirlər
həyata keçirsin;
4.2. hər bir
əmlakın satışı
üzrə tələb
olunan məlumatları,
o cümlədən əmlakın
tərkibi, vəziyyəti,
texniki parametrləri və ilkin satış
qiymətinin formalaşmasına
dair digər əsaslandırılmış göstəriciləri Müsabiqə
Komissiyasına təqdim
etsin;
4.3. ipoteka (girov)
predmeti olan və borc tələbi
yönəldilmiş əmlakların
satılması vəziyyəti
ilə bağlı mütəmadi olaraq Müsabiqə Komissiyasına
məlumat versin;
4.4. əmlakların satılması və kənar idarəçilərə
idarəetməyə verilməsi
zamanı qanunvericiliyə
uyğun olaraq tələb olunan hüquqmüəyyənedici sənədlərin
hazırlanmasını təmin
etsin, zərurət yarandıqda, bu məqsədlə kənar
hüquq məsləhətçilərini
cəlb etsin;
4.5. Müsabiqə Komissiyasının iclaslarının çağırılmasını və keçirilməsini təşkil etsin, iclasların nəticələrinin rəsmiləşdirilməsinə dair katiblik funksiyalarını həyata keçirsin.
5. Müsabiqə Komissiyasına və “Aqrarkredit” QSC-yə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin və ildə 1 (bir) dəfə görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 26 iyun.- S.6.