Silahlı Qüvvələr
Gününə həsr olunan “Qarabağ dastanı” layihəsinə yekun vurulub
Binəqədi
Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi
rayon təşkilatı, rayon Gənclər və İdman
İdarəsinin təşkilatçılığı ilə
26 İyun - Silahlı Qüvvələr Gününə həsr
olunan “Qarabağ dastanı” layihəsinin yekun tədbiri
keçirilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva tədbir iştirakçılarına “Qarabağ dastanı” layihəsi haqqında məlumat verib.
Tədbir zamanı
iştirakçıların diqqətinə
çatdırılıb ki, Qarabağda yaşamış insanlar
tarix boyu şərəfli
yaradıcılıq yolu keçərək
çoxsaylı mədəniyyət əsərləri
yaradıblar. Öz kökləri ilə ta qədim dövrlərə gedib
çıxan Qarabağ təsviri sənət
ənənələri özündə neçə-neçə
nəsillərin bədii təcrübəsini yığıb
saxlayıb. Həmçinin öz nəfisliyi
və zərifliyi ilə seçilən memarlıq abidələrini
- məscidləri, məqbərələri, sarayları, kilsələri,
məbədləri və kaşı naxışlarını
da xatırlamamaq mümkün
deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin
özünəməxsus genofondunu
yaradıb, onun zəngin irsini
təşkil edib. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşıb. Bu dövrün əsas
nümayəndələri kimi
istedadlı fırça
ustası Mir Mövsüm
Nəvvab, şair və rəssam Xurşidbanu Natəvan və digərləri çıxış edirdilər.
Öz zənginliyinə və öz unikallığına
görə Qarabağ
mədəniyyəti Azərbaycan
mədəniyyətinin aparıcı
və ayrılmaz tərkib hissəsi olub və olacaq.
Layihə çərçivəsində işğal altında olan rayonlarımıza həsr olunan ən yaxşı təqdimatlardan ibarət ssenari nümayiş etdirildikdən sonra Binəqədinin ümumtəhsil
məktəblərinin şagirdlərinin
ifasında vətənpərvərliyə
həsr olunan ifalar səslənib və Azərbaycan bayrağı əsgərlərin,
gənclərin müşayiəti
ilə səhnədə
dalğalandırılıb.
Tədbirin sonunda Silahlı
Qüvvələr Günü
münasibətilə bir
sıra hərbi qulluqçular, həmçinin
“Qarabağ dastanı”
layihəsinin ssenari müəllifi və musiqi tərtibatçıları,
eyni zamanda, bu layihədə yer tutmuş məktəblərin kollektivləri
mükafatlandırılıblar. Mükafatlar tədbirdə
iştirak edən Baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov,
Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı
Xaləddin İsgəndərov,
Şuşa Rayon İcra
Hakimiyyətinin başçısı,
“Azərbaycan Respublikası
Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı
İcması” İctimai
Birliyinin sədri Bayram Səfərov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev və İmamverdi İsmayılov
tərəfindən təqdim
edilib.
Xaləddin İsgəndərov tədbirdə çıxış edərək deyib ki, Azərbaycan Ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Hər bir şəhidimiz bizim üçün əzizdir. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı, arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Bu gün biz burada cəbhədən uzaq olsaq da, hər birimizin fikri, duası əsgərlərimizlədir. Hazırda güclü dövlətimiz, Prezident, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə irəli getməyə hazır olan rəşadətli ordumuz var.
Baş nazirin müavini Əli Həsənov tədbirə yekun vuraraq Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, milli-mənəvi dəyərlərə, güclü dövlətçilik ənənələrinə malik olduğunu bildirib. O deyib ki, aprel döyüşlərində xalq öz ordusunun gücünü, ordu isə xalqın dəstəyini hiss etdi. Gənclərimiz Ali Baş Komandanımızın bir çağırışı ilə hər zaman Vətənin müdafiəsi uğrunda döyüşməyə hazırdır. Aprel döyüşlərində ordumuzun qazandığı uğurlar hər birimizdə böyük ruh yüksəkliyi yaratdı. Artıq Ermənistan tərəfi qorxu içərisində yaşayır. Düşmənə bir daha məlum oldu ki, Azərbaycan Ordusu güclü ordudur. Bütün bunlar Prezidentimizin ordu quruculuğundakı uğurlu islahatlarının bariz nümunəsidir.
Əli Həsənov gənclərin
milli-mənəvi dəyərlərə sadiqlik
və vətənpərvərlik ruhunda tərbiyə
olunmasına xidmət edən bu kimi layihələrə, tədbirlərə böyük ehtiyac olduğunu qeyd edib və belə layihələrə daha çox üstünlük verilməsinin önəmini
vurğulayıb.
Azərbaycan.-2016.- 26 iyun.- S.6.