Xaçmazda “Multikultural
dəyərləri qoruyaq”
festivalı keçirildi
Xaçmazda “Multikulturalizmin alternativi yox!” şüarı altında “Multikultural dəyərləri qoruyaq”
adlı I Beynəlxalq
festival keçirilib. Xaçmaz bu
möhtəşəm festivala
ciddi hazırlaşırdı.
Rayon mərkəzi başdan - başa bayram ovqatıyla bəzədilmişdi. Küçələrdə,
parklarda, xiyabanlarda yüzlərlə insan gəzişərək söhbət
edir, tədbirin
başlamasını gözləyirdilər.
Rayon sakinləri Tahir Məmmədquliyev, Sabir Təhməzov, Madina Quliverdiyeva belə bir bayramı
çoxdan gözlədiklərini
vurğuladılar. Bildirdilər ki, onları bura gətirən insanlar arasında yüksək qarşılanan
multikultural dəyərlərin
qorunmasına artan diqqət və qayğıdır.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, Xaçmaz
Rayon İcra Hakimiyyətinin
başçısı Şəmsəddin
Xanbabayev, respublikanın
37 rayonundan gələn
qonaqlar, Milli Məclisin deputatları, ölkəmizdəki xarici
səfirliklərin nümayəndələri
öncə ulu öndərin adını
daşıyan mərkəzin
qarşısında ucaldılan
abidənin önünə
gül dəstələri
düzdülər.
Daha sonra tədbir iştirakçıları
müxtəlif rayonların
multikultural dəyərlərini
əks etdirən sərgiyə baxdılar. Balakən,
Zaqatala, Masallı, Qusar və digər
rayonların eksponatlarını
seyr etdilər. Milli azlıqların mədəniyyətini əks
etdirən tətbiqi sənət əsərləri,
kulinariya, folklor, musiqi, xalçaçılıq,
dulusçuluq sənəti
nümunələri toplantı
iştirakçıları tərəfindən maraqla
izlənildi.
Hər tərəfi
musiqi sədaları bürümüşdü. Qarabağ şikəstəsi
ilə birlikdə klassik musiqilər alqışlarla qarşılandı.
Rayon musiqi məktəbləri
şagirdlərinin ifasında
Baxın, Motsartın,
Dvorjakın melodiyaları
səsləndi.
Tədbirin davamı kimi iştirakçılar Xaçmazın
Şəxsiyyətlər muzeyinə
gəldilər. Burada zorxana, güləşçilər,
pəhləvanlar və
kəndirbazların hazırladıqları
maraqlı proqram nümayiş etdirildi.
“Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biridir” adlı rəsm sərgisi də iştirakçılar tərəfindən
maraqla qarşılandı.
Rayon tarix - diyarşünaslıq
muzeyində “Gənc mədəniyyət işçilərinin
kreativ koordinasiya qrupu” və YAP Gənclər Şurası
nümayəndələrinin birgə hazırladıqları
“Multikulturalizmin alternativi
yox!” adlı elmi-praktik konfrans işinə başladı.
Çıxış edənlər ölkəmizdə
azsaylı xalqlara yaradılan qayğıdan,
dəyərlərin qorunması
üçün aparılan
dövlət siyasətindən
söhbət açdılar.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, Xaçmaz
Rayon İcra Hakimiyyətinin
başçısı Şəmsəddin
Xanbabayev Azərbaycan Prezidentinin yürütdüyü
uğurlu siyasətin,
insan kapitalının
artması istiqamətlərində
həyata keçirilən
layihələrin
respublika əhalisi
və dünya ölkələri tərəfindən
rəğbətlə qarşılandığını
bildirdilər. Multikultural sahədə
fərqlənən mətbuat
nümayəndələrinə mükafatlar təqdim edildi. Belarus, Misir və
Türkiyə dövlətlərinin
yüksək vəzifəli
şəxsləri ilə
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi arasında
memorandum imzalandı.
Sonda qərara
alındı ki, növbəti festival Qubada
keçirilsin, rəmzi
açar həmin rayonun nümayəndələrinə
təqdim olundu.
Akif ƏLİYEV,
Azərbaycan.-2016.- 26 iyun.- S.12.