“Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin
Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Akademiyasının fəaliyyətini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin
Akademiyasının Nizamnaməsi
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılmasına dair təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4.
bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 iyun
2016-cı il
Azərbaycan.-2016.- 29 iyun.- S.2.