Azərbaycan qlobal beynəlxalq tədbirlərin ən layiqli ev sahibidir

Son illər respublikamızda müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönmədən davam etdirilməsi, hər iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirib. Liberal-demokratik inkişafa, siyasi sistemin sabitliyinə və davamlı iqtisadi tərəqqiyə xidmət edən bu strategiya həm də diplomatiya sahəsində əldə olunan nailiyyətlərin əsasını təşkil edir.

Respublikamız beynəlxalq miqyaslı idman tədbirlərinin, müxtəlif siyasi, iqtisadi, humanitar-mədəni forumların təşkilində və keçirilməsində fəal iştirak etməklə, sosial-iqtisadi tərəqqi və demokratikləşmə xəttinə, liberal dəyərlərə sadiqliyini, eləcə də tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyini sübuta yetirir. Şübhəsiz, belə mötəbər idman tədbirlərinin keçiriləcəyi məkan seçilərkən bir sıra amillər ciddiliklə nəzərə alınır. İlk növbədə Azərbaycanın belə mötəbər tədbirlərə evsahibliyi etmək üçün siyasi sabitliyə, iqtisadi potensiala, müasir şəhər infrastrukturuna, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi ciddiliklə nəzərə alınır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə ölkəmizlə müqayisə oluna biləcək ikinci bir dövlət yoxdur. Ötən illər ilk növbədə dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib.

Bu gün Azərbaycan MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biri kimi tanınır. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırır, respublkamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut edib. Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir.

İqtisadi, siyasihumanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Bakı şəhərinə üstünlük verilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəltməklə yanaşı, dünya ictimaiyyətnə respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı yaradır. Nəticədə Azərbaycan sülh, inkişaf və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti də az rol oynamır.

Azərbaycan hələ 2012-ci ildə “Eurovizionmusiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış tərəddüdləri olan ölkələri, sözün həqiqi mənasında, heyrətləndirib. Bədxah, qərəzli, ölkəmizə düşməncəsinə mövqe bəsləyən antiazərbaycançı şəbəkənin qərəzli iddialarını alt-üst edib. Respublikamız nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin ölkəsi olduğunu bir daha sübuta yetirib. Ən başlıcası, xalqımıza xas milli koloriti, mətbəxi, ədət-ənənələri, incəsənət nümunələrini Avropaya təqdim etməyi bacarıb.

Eurovizionmusiqi yarışmasının yüksək səviyyədə keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, bu mötəbər tədbirə hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi idi. Təsadüfi deyil ki, ölkə başçısının “Bakı-2015” I Avropa Oyunlarına hazırlıq məqsədilə yaratdığı Təşkilat Komitəsinə də məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva rəhbərlik etdi. Və eynilə “Eurovizionmusiqi yarışmasında olduğu kimi, I Avropa Oyunlarına hazırlıq da xüsusi plan üzrə, sistemli və ardıcıl şəkildə, yüksək zövqlə, innovativ şəkildə həyata keçirildi. Ölkəmizin ilk Avropa Oyunlarına hazırlığı müxtəlif səviyyələrdə təqdir olundu, alqışlandı. Standartları olmayan mötəbər idman tədbirinə belə yüksək təşkilatçılıqla hazırlaşmaq, infrastrukturdan tutmuş texniki məsələlərə, viza rejiminə qədər bütün hazırlıqları yüksək səviyyədə həyata keçirmək təkcə layiqli təşkilatçılığın yox, həm də həqiqi vətənpərvərliyin, Azərbaycan sevgisinin təcəssümü idi.

Bu ilin iyun ayında Bakıda yüksək səviyyədə təşkil olunmuş “Formula-1” yarışları Azərbaycanın dünya miqyasında kifayət qədər populyar olan idman yarışını yüksək səviyyədə keçirmək qüdrətində olduğunu sübuta yetirdi. Həmin günlərdə Bakıya gəlmiş minlərlə turist ölkəmizin təşkilatçılıq səviyyəsini və ümumən burada üzləşdikləri səmimi münasibəti xüsusilə qeyd etdi. Respublikamızın iqtisadi, mədəni və multikultural sahədə əldə etdiyi nailiyyətlər isə ən müxtəlif səviyyələrdə etiraf olundu. Sonuncu tədbir dinamik iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş Azərbaycanın hazırda dünyanın aparıcı idman ölkələrindən biri kimi tanındığını göstərdi. Əcnəbi turistlər respublikanın paytaxtında və regionlarda idmanın kütləviləşməsinə xidmət edən kompleks tədbirlərin canlı şahidi oldular.

Şübhəsiz, yaxın perspektivdə ikinci elə ölkə təsəvvür etmək çətindir ki, Azərbaycanın təşkilatçılıq səviyyəsini qismən belə təkrarlaya bilsin. Respublikamız qısa zamanda çox ağır bir prosesin öhdəsindən uğurla gəldi. Şəhər infrastrukturunun, yol-nəqliyyat sisteminin yeniləşdirilməsindən tutmuş müasir qurğuların inşasınadək hər bir yüksək dəqiqliklə, sistemli və ardıcıl şəkildə həyata keçirildi. Bu gərgin prosesə minlərlə könüllü gəncin cəlb edilməsi, onların yüksək vətən, dövlət, xalq sevgisi nümayiş etdirmələri, təhlükəsizlik orqanlarının nümunəvi işi, ən əsası, ictimaiyyətin mənəvi dəstəyi “Formula-1” yarışlarının misilsiz səviyyədə keçirilməsini təmin etdi.

İlk Avropa Oyunları və “Formula-1” yarışlarından sonra bu il Bakıda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Bakı şəhəri 2020-ci ildə Avropa üzrə futbol yarışlarının bir neçə seçmə oyununa evsahibliyi edəcək. Bütün bunlar respublikamızın regiondakı nüfuzunu və mövqelərini gücləndirməklə yanaşı, onun multikulturalizm sahəsindəki mütərəqqi ənənələrinin dünya miqyasında qəbulunu şərtləndirir.

Son illər bir sıra Avropa ölkələrində baş verən dözümsüzlük, ksenofobiyaislamofobiya meyilləri Avropanın özünün bəzi postsosialist dövlətlərindən tolerantlıq örnəyi götürməsinə ehtiyac olduğunu göstərir. Bu baxımdan Azərbaycanda millietnik tolerantlığın mövcud vəziyyətini xüsusi qeyd etmək lazımdır. Tarixən müxtəlif dinə, dilə və mədəniyyətə malik insanların ümumi vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi tədricən inkişaf edib. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dinimilli zəmində heç bir qarşıdurma baş verməyib.

Bu və digər beynəlxalq tədbirlər Azərbaycanın dünyaya daha yaxından tanıdılmasına, ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına, mədəniyyətinin və incəsənətinin təbliğinə geniş imkanlar açmaqla yanaşı, respublikanın xaricdə diasporlobbi quruculuğu işinin mühüm tərkib hissəsidir. Yəni respublikamız dünyada nə qədər çox tanınsa, bir o qədər də öz həqiqətlərini tanıtmaq, maraq və mənafelərini qorumaq imkanı qazanar. Prezident İlham Əliyev praqmatikrealist siyasətçi olaraq bu mərama xidmət edən qlobal tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsinə çalışır. Bu tədbirlər Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin təbliği, turizmin inkişafı, sərmayə qoyuluşlarının təşviqi baxımından da mühüm əhəmiyyətə malikdir.

İradə ƏLİYEVA,

Azərbaycan.-2016.- 30 iyun.- S.1.