Terrorizmə yalnız birlikdə son qoyula bilər

İkili standartlar problemin həllinə kömək etmir, əksinə, mane olur

 

Qardaş Türkiyə onun dostları yenidən yas içindədir. Srağagün axşam İstanbuldakı Atatürk hava limanı qan gölünə çevrilmişdi. Terrorçular əvvəlcə avtomat silahlarla polis əməkdaşlarını mülki şəxsləri atəşə tutmuş, sonra isə özlərini partlatmışlar. Terror aktının nəticəsi ağır olmuşdur: 41 günahsız insan həlak olmuş, 239 nəfər yaralanmışdır.

Hələlik heç bir terrorçu təşkilat dəhşətli cinayətə görə məsuliyyəti üzərinə götürməmişdir. Bununla belə, Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan etmişdir ki, hadisədə İŞİD-in əli olması ehtimalı var.

Son illər dünyanın bir sıra ölkələrini, ilk növbədə Yaxın Şərqi Avropanı hədəf alan terrorçu təşkilatlar dayanmaq bilmir. Bu bəladan ən çox zərər çəkən isə Türkiyədir. Qardaş ölkəyə qarşı əsasən iki qruplaşma - PKK İŞİD müharibə cəbhəsi açmışdır. Qana susamış terrorçu təşkilatlar bir-birindən geri qalmır. Demək olar ki, hər gün PKK-nın terror hücumlarının nəticəsi olaraq ölkənin cənub-şərqindən ölüm xəbərləri gəlir. Öz növbəsində İŞİD Suriya ərazisindən Türkiyənin sərhədyanı yaşayış məntəqələrini atəşə tutur, eləcə ölkənin iri şəhərlərində terror aktları törədir. Hər dəfə ağır nəticəli terror aktından sonra dünya dövlətləri Türkiyə hökumətinə başsağlığı verir, türk xalqının yanında olduğunu bildirir, terrorizmlə mübarizənin vacibliyini vurğulayır. Ancaq konkret əmələ gələndə mövqelər üst-üstə düşmür.

Dünyanın az qala bütün ölkələri bəşəriyyəti hədəfə almış terrorizmin kökünü kəsmək üçün müntəzəm olaraq əməkdaşlığa, səyləri birləşdirməyə çağırır. Amma bu çağırışlar söz olaraq qalır, terrorçu təşkilatlar cəzasızlıq şəraitində bədnam əməllərini davam etdirir.

Məlum məsələdir ki, terrorçu təşkilat hansısa xarici dövlətin ya dövlətlərin maddi logistik köməyi olmadan yaşaya bilməz. Çünki silahlı birləşmələri saxlamaq, silah almaq üçün davamlı maliyyə mənbələri tələb olunur. Heç kimə sirr deyil ki, aparıcı dövlətlər terrorçuları hələ “dost terrorçudüşmən terrorçu”lara bölürlər. Məsələn, PKK Avropa İttifaqı ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır. Bununla belə, Türkiyədə cinayət törətmiş PKK terrorçuları indinin özündə Avropada sərbəst gəzirlər, Ankaranın onları təhvil vermək tələbi qulaqardına vurulur. Üstəlik, terrorçu təşkilatın tərəfdarları Avropa ölkələrində heç bir maneə olmadan kütləvi aksiyalar keçirirlər. PKK-nın Suriya qolu olan PYD hazırda ABŞ-la sıx əməkdaşlıq şəraitindədir. Ankara dəfələrlə PYD-nin PKK-dan heç bir fərqi olmadığını bildirsə , birincinin ikincidən canlı qüvvə silah aldığını sübut edən dəlillər ortaya qoysa da, Vaşinqton PYD-dən vaz keçmir. ev səbəb kimi xatırladır ki, PYD Suriyada İŞİD- mübarizə aparır. Elə isə nəyə görə İŞİD-ə qarşı vuruşanən-Nüsrə cəbhəsiterrorçu təşkilatı düşmən elan edilir? Heç kim zəmanət verə bilməz ki, bu gün PYD-nin ABŞ ordusundan aldığı silahlar sabahqardaşterrorçu təşkilatın - PKK-nın əlinə düşməyəcək. Bu azmış kimi, Qərb paytaxtlarında PYD-nin nümayəndəliklərinin açılmasına icazə verilir.

Yaxud başqa bir misal. Qərb dövlətləri postsovet məkanında separatçı rejimləri qanundankənar hesab edir, onların rəhbərlərinin öz ərazisinə girişinə qadağa qoyur, amma Dağlıq Qarabağdakı separatçı rejim istisna olunur. Qarabağ separatçıları nəinki ABŞ büdcəsindən maliyyə yardımı alır, həm Avropadan vurub, Amerikadan çıxırlar. Separatçı rejimlərin terrorçu təşkilatlardan mahiyyət etibarilə elə bir fərqi yoxdur - silahlı separatçılar da terror aktları, üstəlik, etnik təmizləmə həyata keçirərək beynəlxalq hüququn subyekti olan dövlətlərin suverenliyinə ərazi bütövlüyünə qəsd etmişlər.

Türkiyəni qana bələyib parçalamaq məqsədi güdən PKK 30 ildən çoxdur fəaliyyətdədir. Bu təşkilat əvvəllər Suriyada sığınacaq tapmışdı və rəsmi Dəməşq tərəfindən dəstəklənirdi. 1998-ci ildə Türkiyə Suriya hökumətinə ultimatum verdikdən və terrorçuların başçısı Abdulla Öcalan yaxalandıqdan sonra PKK İraqa, Qəndil dağına köçdü. Şübhə yoxdur ki, PKK indibaşqa güclü havadarlara arxalanır. Bu cəhətdən Türkiyənin “Milliyyət” qəzetinin əməkdaşı Günəri Cıvaoğlunun bir neçə il əvvəl qələmə aldığı məqalədən bir parça ibrətamizdir. Jurnalist yazır: “Birinci Körfəz müharibəsi (1991) zamanı Səudiyyə Ərəbistanında idim. Bizim səfir Amerika səfirindən xahiş edib ABŞ qoşunlarının komandanlığından “məlumatlandırma” görüşü aldı. Amerikalılar böyük bir mehmanxananı komandanlıq mərkəzinə çevirmişdilər. Məni bir amerikalı polkovnik-leytenant qəbul edib divarında Yaxın Şərqin xəritəsi asılmış brifinq otağına apardı. Türkcə sərbəst danışırdı. Daha əvvəl Ankarada işləmişdi. Səddam Hüseynə qarşı davam edən hava hücumunu, başlayacaq yerüstü əməliyyatı izah etdi. Sonra ... Qəribə sözlər dedi. Çox ciddi idi: “Biz müharibədən sonra buralardan çəkiləcəyik. Qoyub getdiyimiz silahlar xüsusilə şimalda kürdlər tərəfindən ələ keçiriləcək. Silahlanan kürdlər Türkiyədən torpaq istəyəcək. Ya istədikləri torpaqları verəcəksiniz, ya da döyüşəcəksiniz”. Eşitdiklərimə inana bilmirdim. “Türkiyə ... Amerika ... NATO ilə müttəfiqlik ... Türkiyə sərhədlərinə təcavüz NATO-ya hücum sayılır... Bu söylədikləriniz başadüşülən kimi deyilkimi etirazım oldu. Amerikalı polkovnik-leytenantın halını pozmadanBiz gedəcəyik, bölgədə olacaqları söylədim” deyə cavab verdi. Sonra yüksək rütbəli başqa bir zabitlə görüşdüm. O da eyni şeyləri təkrarladı”.

Yəqin ki, şərhə ehtiyac yoxdur. Hazırda Türkiyənin cənub-şərqində davam edən antiterror əməliyyatının gedişində PKK terrorçularının qoyub qaçdığı ağır silahların Qərb mənşəli olduğu ortaya çıxır. Bu da təəccüblü deyil - silah təchizatı çoxdan həyata keçirilmişdir.

Ümumiyyətlə, hər hansı beynəlxalq problemi həll etmək üçün maraqlı dövlətlərin səmimiliyi vacibdir. Hazırkı mərhələdə isə səmimiyyətdən danışmaq lazım gəlmir. Terrorizm kimi qlobal təhlükəyə ikili standartlar tətbiq etməklə yanaşmaq bu problemin aradan qaldırılması işinə kömək etmir, əksinə, mane olur. Terrorçu təşkilatlar nişan aldığı insanların dininə, dilinə, irqinə məhəl qoymur. Artıq aydın olmuşdur ki, onlar üçün Parislə İstanbulun, Brüssellə Ankaranın, Çikaqo ilə İzmirin fərqi yoxdur. Odur ki, terrorizmə yalnız birlikdə son qoyula bilər. Qara qüvvələrin birbaşa və dolayı yolla terror təşkilatlarından yararlanıb sabit inkişaf yoluna qədəm qoymuş Türkiyəni dayandırmaq cəhdinə gəlincə, bu tipli cəhdlər, əvvəllər olduğu kimi, bu dəfə də uğursuzluqla nəticələnəcək. Türkiyə şər dairələrinin bəd niyyətlərini həmişə puç etmişdir!

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2016.- 30 iyun.- S.1.