Gəncə şəhəri
ərazisinə yağan
yağışlar nəticəsində əhaliyə dəymiş
ziyanın aradan qaldırılması ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Gəncə
şəhəri ərazisinə yağan leysan
yağışlar nəticəsində əhaliyə dəymiş
ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Gəncə
şəhəri ərazisinə yağan leysan yağışlar
nəticəsində əhaliyə dəymiş ziyanın
aradan qaldırılması üçün Gəncə Şəhər
İcra Hakimiyyətinə Azərbaycan Respublikasının
2016-cı il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 29 iyun 2016-cı il
Azərbaycan.-2016.- 30 iyun.- S.2.