“Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 31 may tarixli 263-VQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
2016-cı il 31 may tarixli 263-VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə
beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 23 iyun
2016-cı il
Azərbaycan.-2016.- 30 iyun.- S.3.