Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci
və 13-cü bəndlərini rəhbər tutaraq qərara
alır:
Azərbaycan
Respublikasının Mülki Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, N 4, I kitab, maddə
250, N 5, maddə 323; 2002, N 12, maddə 709; 2003, N 8, maddə
420; 2004, N 3, maddə 123, N 5, maddə 318, N 6, maddə 415, N 10,
maddə 761, N 11, maddə 901; 2005, N 2, maddə 61, N 6, maddə
466, N 8, maddələr 684, 692, 693, N 11, maddə 996, N 12, maddə
1085; 2006, N 2, maddə 68, N 3, maddə 225, N 5, maddə 387, N 6,
maddə 478, N 8, maddə 657, N 12, maddə 1005; 2007, N 2, maddə
80, N 6, maddə 560, N 8, maddə 745, N 10, maddə 937, N 11, maddə
1053, N 12, maddələr 1215, 1219; 2008, N 3, maddə 145, N 6, maddə
456, N 7, maddə 602, N 12, maddə 1049; 2009, N 2, maddə 47, N 5,
maddə 295, N 6, maddə 404, N 7, maddə 517; 2010, N 2, maddə
75, N 3, maddə 171, N 4, maddələr 265, 266, 276; 2011, N 2, maddə
71, N 7, maddə 586, N 8, maddə 750, N 12, maddələr 1073,
1102; 2012, N 1, maddə 5, N 5, maddə 403, N 6, maddə 498; 2013,
N 1, maddə 15, N 6, maddə 620, N 11, maddə 1280, N 12, maddələr
1469, 1478; 2014, N 2, maddə 96, N 7, maddə 768; 2015, N 3, maddə
254, N 5, maddə 512, N 7, maddə 814, N 10, maddə 1093; 2016, N
1, maddə 26, N 2, I kitab, maddələr
186, 204, N 3, maddə 401; Azərbaycan Respublikasının
2016-cı il 5 aprel tarixli 186-VQD və 192-VQD nömrəli
qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.
218.3-cü maddədə “satıcının” sözü
“alıcının” sözü ilə əvəz edilsin.
2.
740-cı maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
“740.1.
Borc müqaviləsi tərəflərin razılaşması
ilə şifahi və ya yazılı formada bağlanır.
740.2.
Borc müqaviləsi predmetinin məbləği üç min
manatdan çoxdursa və ya məbləğindən
asılı olmayaraq müqavilənin
iştirakçısı hüquqi şəxsdirsə, borc
müqaviləsi yazılı formada bağlanmalıdır.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 may
2016-cı il
Azərbaycan.-2016.- 30 iyun.- S.2.