Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 7, maddə 797; 2014, N 11, maddələr 1351, 1357, N 12, maddə 1539; 2015, N 3, maddə 259, N 6, maddə 689, N 12, maddə 1436; 2016, N 2, II kitab, maddə 214; Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 223-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 33.4-cü maddə ləğv edilsin.
1.2. Aşağıdakı məzmunda 37.12-ci maddə əlavə edilsin:
“37.12. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilir.”.
1.3. 38-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 38. Elektron vizalar
38.1. Azərbaycan Respublikasına
gəl
ən əcnəbilər
və vətəndaşlığı
olmayan şəxslər
“ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək
müəyyən edilir.
38.2.”ASAN Viza” sisteminin
fəaliyyətinin təşkili,
elektron vizanın alınması üçün
elektron müraciət
formasına daxil edilməli olan məlumatlar, elektron viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamədə müəyyən edilir.
38.3. Elektron viza siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən ölkələrin
vətəndaşlarına və həmin ölkələrdə daimi
yaşayan vətəndaşlığı
olmayan şəxslərə
verilir.
38.4. Elektron viza almaq
üçün əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
“ASAN Viza” sistemində
yerləşdirilmiş elektron
müraciət formasında
nəzərdə tutulan
məlumatları sistemə
daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə
aldıqdan sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə
dövlət rüsumunu
elektron qaydada ödəməlidirlər.
38.5. “ASAN
Viza” sistemi elektron viza alınması
üçün daxil
olmuş elektron müraciəti real vaxt rejimində “Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminə
göndərir.
38.6. Müvafiq icra hakimiyyəti orqanı müraciətin “ASAN Viza” sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları
yoxlayır, “Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin
məhdudiyyət siyahıları
üzrə yoxlama aparır, razılaşdırılma
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının
rəyini alır.
38.7. Elektron vizanın verilməsi barədə müraciətə bu Məcəllənin 38.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada baxılır və viza rəsmiləşdirilərək, “ASAN Viza” sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və ya viza verilməsindən imtina edildikdə, bu barədə məlumat verilir.
38.8. Elektron viza pasporta yapışdırılmır və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır. Bu barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə real vaxt rejimində “ASAN Viza” sisteminə ötürülür.
38.9. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda elektron viza verilməsi haqqında müraciət rədd edilir, verilmiş viza ləğv edilir və şəxs ölkəyə buraxılmır. Təkrar müraciətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.
38.10. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər.”.
Maddə 2. Keçid müddəası
Bu qanunda nəzərdə tutulmuş “ASAN Viza” sistemi fəaliyyətə başlayanadək turistlərə turizm şirkətləri vasitəsi ilə elektron vizaların verilməsinin mövcud sistemi öz fəaliyyətini davam etdirir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2016-cı il
Azərbaycan.-2016.- 30 iyun.- S.3.