Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Miqrasiya orqanlarında qulluqkeçmə
haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009,
N 12, maddə 972; 2010, N 4, maddə
273, N 5, maddə 385; 2011, N 4, maddə 271; 2012, N 5, maddə 412,
N 11, maddələr 1042, 1050; 2013, N 3, maddə 228, N 12, maddə
1468) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında
qulluqkeçmə haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər edilsin:
1.
51-ci maddədə “Verilmiş şikayət” sözləri “Bu
Əsasnamənin 51-1-ci maddəsinə əsasən intizam tənbehinin
tətbiq edilməsinə dair qərarın icrasının
dayandırılması barədə qərar qəbul edildiyi
hallar istisna olmaqla, verilmiş şikayət” sözləri ilə
əvəz edilsin.
2.
Aşağıdakı məzmunda 51-1-ci maddə əlavə
edilsin:
“51-1.
Şikayət verildiyi hallarda, barəsində şikayət
olunan intizam tənbehinin tətbiq edilməsinə dair qərarın
icrasının dayandırılması ilə bağlı məsələyə,
maraqlı şəxsin ərizəsinə əsasən və
ya xidməti vəzifəsinə görə şikayət
instansiyasının öz təşəbbüsü ilə,
şikayət instansiyası tərəfindən dərhal
baxılır və bu barədə müvafiq qərar qəbul
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 may
2016-cı il
Azərbaycan.-2016.- 30 iyun.- S.3.