Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8,
III kitab, maddə 586, N 12, maddə 835; 2001, N 7, maddə 455;
2002, N 1, maddə 9, N 5, maddələr 237, 240, 244, N 8, maddə
463; 2004, N 6, maddə 399; 2005, N 4, maddə 278; 2006, N 11, maddə
929; 2007, N 8, maddə 756, N 11, maddə 1049, N 12, maddələr
1197, 1218; 2008, N 6, maddə 462, N 7, maddələr 602, 607; 2010,
N 3, maddə 171, N 4, maddə
275, N 7, maddə 591; 2011, N 2, maddələr 70, 71, N 6, maddə
473, N 7, maddə 600, N 12, maddə 1107; 2012, N 5, maddə 406, N
11, maddələr 1056, 1063; 2013, N 8, maddə 889; 2015, N 10, maddə
1107, N 11, maddə 1271) aşağıdakı dəyişikliklər
edilsin:
1.
109.2-ci maddənin dördüncü cümləsində
“Şikayətin” sözü “Bu Məcəllənin 109.2-1-ci
maddəsinə əsasən tənbeh tədbirinin
icrasının dayandırılması barədə qərar qəbul
edildiyi hallar istisna olmaqla, şikayətin” sözləri ilə
əvəz edilsin.
2.
Aşağıdakı məzmunda 109.2-1-ci maddə əlavə
edilsin:
“109.2-1.
Şikayət verildiyi hallarda, barəsində şikayət
olunan tənbeh tədbirinin icrasının
dayandırılması ilə bağlı məsələyə,
maraqlı şəxsin ərizəsinə əsasən və
ya xidməti vəzifəsinə görə şikayət
instansiyasının öz təşəbbüsü ilə,
şikayət instansiyası tərəfindən dərhal
baxılır və bu barədə müvafiq qərar qəbul
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 may 2016-cı il
Azərbaycan.-2016.- 30 iyun.- S.3.