Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1396-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8, III kitab, maddə 586, N 12, maddə 835; 2001, N 7, maddə 455; 2002, N 1, maddə 9, N 5, maddələr 237, 240, 244, N 8, maddə 463; 2004, N 6, maddə 399; 2005, N 4, maddə 278; 2006, N 11, maddə 929; 2007, N 8, maddə 756, N 11, maddə 1049, N 12, maddələr 1197, 1218; 2008, N 6, maddə 462, N 7, maddələr 602, 607; 2010, N 3, maddə 171,   N 4, maddə 275, N 7, maddə 591; 2011, N 2, maddələr 70, 71, N 6, maddə 473, N 7, maddə 600, N 12, maddə 1107; 2012, N 5, maddə 406, N 11, maddələr 1056, 1063; 2013, N 8, maddə 889; 2015, N 10, maddə 1107, N 11, maddə 1271) aşağıdakı dəyişikliklər edilsin:

1. 32-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.”.

2. 157-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2016-cı il

Azərbaycan.-2016.- 30 iyun.- S.3.