Bilik Fondunda “Multikulturalizm” jurnalının
təqdimatı oldu
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan
Milli Elmlər Akademiyası və Yaradıcılıq Fondunun
birgə nəşri olan “Multikulturalizm” jurnalının təqdimatı
olub.
Təqdimat mərasimində jurnalın
yaradıcı heyəti,
fondun əməkdaşları,
yerli nümayəndələri,
Könüllülər Birliyinin
üzvləri, jurnalistlər,
ədəbiyyatçılar iştirak ediblər.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan
Vəliyev ölkə
başçısının Azərbaycanda multikulturalizmin
mövcudluğu, bu meyillər və ideyaların güclənməsi,
ictimaiyyətdən daha
çox dəstək
alması ilə bağlı fikirlərinə
istinad edərək xalqımızın tolerantlıq
ənənələrindən söz açıb. İ.Vəliyev deyib ki, “Multikulturalizm” jurnalının ilk sayında
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin,
Millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
dövlət müşaviri,
akademik Kamal Abdullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlının dərin məzmunlu məqalələri
dərc olunub.
Jurnalın baş redaktoru Fəxri Uğurlu “Multikulturalizm” jurnalının
Azərbaycanda əsrlərdən
bəri formalaşan tolerantlıq ənənələrini
təbliğ etmək,
ölkəmizdə hökm
sürən multikultural
mühitə töhfə
vermək məqsədilə
nəşr olunduğunu
diqqətə çatdırıb. F.Uğurlu jurnalın
bölmə və rubrikaları haqqında iştirakçılara ətraflı
məlumat verib.
Çıxış edənlər -Yaradıcılıq Fondunun
aparat rəhbəri Qismət Rüstəmov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
baş məsləhtçisi
Rəşad İlyasov,
Amerika Yəhudiləri
Yardım Təşkilatının
sədr müavini Rav Zamir İsayev,
Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva, BSU-nun dosenti Mübariz Əhmədov və başqaları Azərbaycanın
multikultural dəyərlərinin
təbligində və
geniş yayılmasında
dərginin böyük
rol oynayacağına inandıqlarını bildirib,
maraqlı təkliflər
irəli sürüblər.
Tədbirin gedişində səsləndirilən
təkliflər müzakirə
olunaraq qeydə alınıb.
2016-cı
ilin Azərbaycan Respublikasında “Multikulturalizm
ili” elan edilməsinə dair Tədbirlər Planına əsasən nəşr olunan ədəbi-bədii,
elmi-publisistik jurnalın
redaksiya heyətinə
tanınmış dövlət
və elm xadimləri,
yazıçı və
şairlər cəlb
olunub. Beynəlxalq redaksiya şurasında
Rusiya, ABŞ, Fransa, Almaniya, Türkiyə, Yaponiya, Braziliya, Portuqaliya, Finlandiya, İtaliya və başqa ölkələrin
yazıçıları təmsil
olunur.
Azərbaycan.-2016.-
30 iyun.- S.5.