Kristovam Buarke: Azərbaycan
multikulturalizmi bir model
kimi böyük maraq doğurur
Braziliya
Milli Konqresi Federal Senatının elm, texnologiya,
innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbəri Kristovam Buarke Azərbaycan multikulturalizminin bir model kimi böyük maraq doğurduğunu, Bakının sivilizasiyaların
birləşdiyi bir məkana çevrildiyini bildirib. O, həmçinin
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
(BBMM) ilə əməkdaşlıq
çərçivəsində “Azərbaycan multikulturalizmi”
fənninin Braziliyada da tədris olunmasının və Mərkəzin filialının
bu ölkədə açılmasının önəmini
qeyd edib, atılacaq bu addımların xalqlarımızın
bir-birinə daha da yaxınlaşmasında
mühüm rol oynayacağını vurğulayıb.
BBMM-in mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri
Kamal Abdullayevin Kristovam Buarke ilə görüşündə
Braziliyanın ölkəmizdəki
səfiri Santiaqo Alkazar, deputat Asim Mollazadə, Milli Məclis Aparatının beynəlxalq
münasibətlər şöbəsinin
böyük məsləhətçisi
Lalə Çələbizadə
də iştirak ediblər.
Görüşdə Dövlət müşaviri
Kamal Abdullayev Azərbaycanda həyat tərzi olan multikulturalizmin dövlət
siyasətinin prioritet istiqaməti olduğunu və örnək model kimi Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə dünyaya ixrac edildiyini vurğulayıb.
Qonaqlara
Mərkəzin həyata
keçirdiyi mühüm
layihələr haqqında
ətraflı məlumat
verən BBMM-in icraçı
direktoru Azad Məmmədov
bildirib ki, hazırda Portuqaliyadan İndoneziyayadək dünyanın
13 məşhur universitetində
“Azərbaycan multikulturalizmi”
fənni tədris olunur.
BBMM-in müşaviri, professor Aytən
Qəhrəman bu yaxınlarda Mərkəzin
Almaniyanın Drezden və Portuqaliyanın Lissabon şəhərlərində
filial və nümayəndəliklərinin
açıldığını, bu il ərzində
isə İtaliyada, İsveçdə, Rusiyada,
Gürcüstanda, Belçikada
və Qazaxıstanda da filial və nümayəndəliklərin açılacağını
qonaqların diqqətinə
çatdırıb.
Azərbaycan 2016.- 5 mart.- S. 5.