Azərbaycanın
özü qədər əbədi
İlham ƏLİYEV: “Biz
Heydər Əliyev siyasətinə sadiqik,
bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan
xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”
13 il öncə, 2003-cü ilin 1 oktyabrında ulu öndər Heydər Əliyev Azərbaycan xalqına son müraciətini etdi, tövsiyəsini verdi. Dünyanın ən böyük azərbaycanlısı bu müraciətində həm də uğurlu fəaliyyətinin, daha doğrusu, Azərbaycanın qazandığı zəfərlərin formulunu, məziyyətini belə açıqlayırdı:
“...Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliymizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib...”
34 il və Azərbaycan - Heydər Əliyev vəhdəti...
10 il və Azərbaycan - Heydər Əliyev zəfər yolu...
Bu, tarixin statistik
göstəricisi deyil. Bu, tariximizin
az təsadüf
edilən şərəf
və qeyrət, ucalıq və intibah, layiqli dövlətçilik və
fədakar vətəndaşlıq
səhifəsinin ən
möhtəşəm sətirləridir.
Heydər Əliyev haqda
yazılan kitabların,
çəkilən filmlərin,
deyilən fikirlərin,
- onların sayı minlərlədir, - mahiyyəti
bu şəxsiyyətin
malik olduğu qüdrətin heç onda birini də
vəsf etməyə kifayət deyil. Bu tərs-mütənasibliyin səbəbini heç də ortada olan sənət nümunələrinin yaradıcı
uğursuzluğunda, yaxud
da səslənən mülahizələrin və
münasibətlərin əsassızlığında
axtarmağa lüzum yoxdur. Əksinə...
Səbəb sözün ən
səmimi, ən uca məqamının da Heydər Əliyev zirvəsindən
aşağıda olmasıdır.
Ən ali
söz belə bu İnsanın xalqı və dövləti qarşısında
göstərdiyi misilsiz
xidmətləri, eləcə
də millətinin bütün nailiyyətlərinə,
sevinclərinə, ən
nəhayət, uzun illər həsrətini çəkdiyi normal yaşayışına
görə Liderinə
bəslədiyi münasibəti
əks etdirməkdə
gücsüzdür.
Əsas olan milyonların qəlbindəki şükranlıq,
xatirələr, duyğular,
düşüncələrdir - ən böyük həqiqətlər bunlarda
əks olunub. Ali həqiqəti isə dünən hər kəs bir daha
gördü. Cavanlı-qocalı on minlərlə insan məmləkətin Baş
Ziyarətgahına axışırdı.
Bu, artıq 13 ildir xalqımız üçün yazılmamış
qanuna, milli ənənəyə çevrilib.
Dünən də hər kəs minnətdarlığın əsas
ünvanında səssizcə
dayanaraq bitməyən
sevgisini, əbədi ehtiramını göstərirdi...
İki gün öncə Prezident İlham Əliyevin təşkil etdiyi rəsmi qəbulda da ümummilli liderin xatirəsi anıldı. Mərasimdəki nitqində ölkə
rəhbəri Heydər
Əliyev şəxsiyyətinə
münasibətini yalnız
bir övlad, yaxud Azərbaycan vətəndaşı kimi
bildirmədi. Bu münasibət,
əslində, müasir
Azərbaycanı dünyanın
nüfuzlu və qüdrətli dövlətinə
çevirən Liderin
bu nailiyyətlərin
səbəbkarı olan
Liderə təşəkkürü,
onun əməllərinə
heyranlığı və
uğurla davam edən siyasi irsə vəfa borcu idi!
Bu çıxışdakı məqam
bizlərə bir gerçəyi də xatırlatdı:
1969-cu ildən başlanan missiyada
İlham Əliyev daim Heydər Əliyevin yanında olub, onu hamıdan daha aydın müşahidə edib, fəaliyyətini hər kəsdən daha yaxın görüb. Heydər
Əliyevlə bərabər
İlham Əliyev də yeniyetməliyindən
gəncliyinə qədər
Azərbaycanı qarış-qarış
dolaşıb, kəndbəkənd
gəzib... Qarabağdan
Naxçıvana, Lənkərandan
Qazaxa qədər hər yerdə ulu öndəri müşayiət edib. Zirvələrin fəthini də,
üzləşdikləri nankorluqları
da birlikdə yaşayıblar. Siyasətin enişli-yoxuşlu
bütün mərhələlərini
bərabər addımlayıblar.
Qanlı
Yanvar günlərində
Moskvadakı nümayəndəlikdə
də Heydər Əliyevin yanında o dayanmışdı.
İlham Əliyev üçün
Heydər Əliyev həm də böyük bir məktəb, örnək
idi. Azərbaycanın mövcud
uğurlarının, inkişafının
qayəsində də
məhz bu mükəmməl təcrübə
dayanır!
Prezident İlham Əliyev qəbuldakı nitqində
ulu öndərin fəaliyyətini iki dövrə bölərək
qeyd etdi ki, Heydər Əliyev hər dəfə Azərbaycanı
tənəzzüldən, anarxiyadan,
xaosdan inkişafa, tərəqqiyə doğru
apardı.
Heydər
Əliyevin ilk idarəçiliyi
13 il 4 ay çəkdi. Bu epoxanı
tam mənasında dərk
edə bilmişikmi?
Deyəsən, bu mərhələ
də tarixin qiymətini dolğunluğu
ilə almayıb.
46 yaşlı Heydər Əliyev qısa müddət ərzində özünü
sadə azərbaycanlının
mifik təfəkküründəki
adil hökmdarın müasir prototipi, ədalət mücəssəməsi
və canlı idarəçilik ensiklopediyası
kimi təsdiq etdi. Qorxmalı olan ondan qorxur, sadə vətəndaş sevir, vəzifəli şəxslər
isə fəaliyyətlərini
Əliyev metodları ilə qururdular. Bu İnsan əsl
azərbaycanlı, əsl
dövlət xadimi, əsl lider örnəyi yaratdı.
Vətəndaş qürur duymağa
rəhbər, bənzəməyə
kamil nümunə, problemlərinin həllini bacaran həmdəm tapmışdı.
Həmin illərin uğur təzahürləri tək
Azərbaycanın iqtisadi
gücünün artırılıb,
iqtisadi muxtariyyətin
bərqərarı ilə
yekunlaşmadı. Bu, milli-mənəvi, mədəni,
ədəbi yüksəlişlərlə,
əsl azərbaycanlı
düşüncə tərzinin
və şüurunun yaranması ilə davam etdi. Saxta beynəlmiləlçilik dalğasında
milli mənliyini itirən, dilini unudan, kimliyini danan, tarixindən imtina edən, əcdadından dönən...
azərbaycanlının qarşısında
Heydər Əliyevin kəskin və sərt mövqeyi dayanmışdı. Artıq Azərbaycanda
Azərbaycan ruhu və azərbaycanlı mahiyyəti hakim idi. Azərbaycan heç vaxt olmadığı kimi azərbaycanlıların idi.
Milli ruh, milli mənəviyyat,
milli keçmiş, milli intibah artıq
adi söz deyildi, bunlar cəmiyyətin və vətəndaşın əsas
xüsusiyyət göstəriciləri
idi. Heydər Əliyev Azərbaycanı
müstəmləkə kimi
deyil, iqtisadi və milli-mənəvi muxtariyyatı olan ölkətək yaşadırdı.
Prezident İlham Əliyev ulu öndərin
1993-2003-cü illərdəki ikinci hakimiyyət mərhələsini “dövlətin
əsaslarının qoyulduğu,
müstəqilliyin bərqərar
olduğu” dövr kimi səciyyələndirərkən
tarixi prosesləri, xaosdan qurtuluşa keçidin çətinliklərini
xatırlatdı. Həqiqətən
də bunlar qarşıdakı dövrlərdə
yenidən bu sınaqlara məruz qalmamaq üçün heç zaman unutmamalı olduğumuz tarixi dərslərdir!
23 il öncə
başlanan ikinci qurtuluş missiyası ilə Heydər Əliyev Azərbaycana həqiqi müstəqillik,
Milli Ordu, əsgərə ehtiram, qürur bəxş etdi. Heydər Əliyev məmləkətinə
sabitlik, siyasi islahatlar, demokratikləşmə,
iqtisadi yüksəliş,
sosial inkişaf gətirdi. Heydər Əliyev vətəndaşına
ən ali
hüquq və azadlıqlar, sərbəstlik,
təkmil Konstitusiya, azad və ədalətli
seçkilər, xalqın
səsi ilə ərsəyə gələn
parlament verdi. Heydər Əliyev MDB-də ilk dəfə olaraq torpaq islahatı apardı və torpağı minilliklərlə
ölçülən tariximizdə
ilk dəfə olaraq kəndliyə təmənnasız
bağışladı. Heydər Əliyev nefti “fəlakət mənbəyi”ndən
yüksəlişin əsas
amilinə və ümumxalq sərvətinə
çevirdi, millətin
və dövlətin əsrlər boyu davam edəcək intibahının və təhlükəsizliyinin əsas
təminatı etdi.
Heydər Əliyev şəffaf
özəlləşdirmə prosesinin banisi oldu, xalqı mülkiyyətçiyə, sahibkara,
pul yiyəsinə çevirdi, halallıqla dolanmağı və çörək qazanmağı
öyrətdi. Heydər Əliyev
Azərbaycana milyardlarla
dollar həcmində sərmayə,
zəngin valyuta ehtiyatı gətirdi.
Heydər
Əliyev məcburi köçkünü bataqlıqdakı
çadırdan müasir
evlərə köçürdü,
onların öz doğma yurdlarına dönmələri üçün
isə dünyanı,
beynəlxalq təşkilatları
qarış-qarış gəzərək
Azərbaycanın haqq
səsini qəbul etdirdi və Ermənistanın təcavüzkar
siyasətini ifşa edərək, qələbəmizin
siyasi, diplomatik və informativ zəminini formalaşdırdı.
Ən əsası isə, xalqda böyük zəfərə inam yaratdı. Heydər Əliyev Azərbaycan
kəndlisini yoxsulluqdan
çıxararaq övladlarını
normal dolandıran ailə
başçısına çevirdi,
sabahına inamsızlığı
daha uğurlu perspektivə olan ümidlə əvəzlədi,
ruh düşkünlüyünü
aradan qaldırdı.
Heydər Əliyev Azərbaycanda
vətəndaş qarşıdurmasını
yox etdi, vətəndaş birliyini,
sülhünü və
həmrəyliyini yaratmaq
məqsədilə on minlərlə
insana amnistiya və əfv tətbiq etdi, hətta onun fiziki qəsdinə çalışan cinayətkarları
bağışladı.
Heydər Əliyev Azərbaycan insanına güclü və qüdrətli dövlət, Azərbaycana
isə uğrunda canından keçməyə
hazır olan vətəndaşlar bəxş
etdi. Heydər Əliyev elə
bir siyasi kursun əsasını qoydu ki, bu
kurs Azərbaycan durduqca məmləkətimizin
dövlətçilik konsepsiyası
kimi yaşayacaq.
Ən nəhayət, Heydər Əliyev Azərbaycana elə bir layiqli davamçı bəxş etdi ki, qurduğu dövlət və yaşamaq haqqı verdiyi millət bu gün ona - Prezident İlham Əliyevə alternativsiz inam, etimad ünvanı kimi yanaşır!
İndi Heydər Əliyev qurduğu dövlətin, yaşatdığı və ucaltdığı millətin əbədi rəhbərinə çevrilib. O, Azərbaycanın əbədiyyətinə çevrilməyə layiqli ömür yaşadı və bu haqqı fəaliyyəti, əməlləri ilə qazandı. Ona bu haqqı Azərbaycan verdi! Hər kiçik nailiyyətimizə görə də bizim ona böyük borcumuz var! Biz hələ onilliklər sonrası da onun təməlini qoyduğu planların bəhrələrini dadanda bu İnsanın necə böyük Vətəndaş, Şəxsiyyət, Lider olduğunu dərk edəcəyik! O, uğurlarda, zəfərlərdə, Azərbaycan tarixində yaşayacaq!
Prezident İlham Əliyevin rəsmi qəbulda səsləndirdiyi bu fikirlər isə artıq hər birimizin vətəndaş manifestimiz, fəaliyyət çağırışımızdır: “Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir... Biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.
Heydər Əliyevin taleyi əslində bir insanın ömür yolu deyil, bu, Azərbaycanın tarixidir, qurtuluş, inkişaf, milli tərəqqi salnaməsidir! Bu taleyi - bu tarixi indi Prezident İlham Əliyevi yaşayır, yaradır! Dünyanın ən böyük azərbaycanlısının sözüdür: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Bu əbədiyaşarlıq həm də Azərbaycanın milli intibahının ən əsas təminatıdır!..
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 11 may.- S. 1.