Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib

 

10 min məhbusu əhatə edəcək amnistiyada 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur

 

Mayın 17-də Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyi təsdiq edildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov qanun layihələrinin müzakirəsinə başlamağı təklif etdi.

Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin tərkibində dəyişikliklər edilməsi haqqında olan birinci məsələ Sona Sakit qızı Əliyevanın Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilməsi və İnsan hüquqları komitəsinə üzv seçilməsi ilə bağlı idi. Məsələ səsə qoyularaq təsdiqləndi.

Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatikxüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini təqdim etdi. Bildirdi ki, bu sənəd qüvvəyə mindikdən sonra diplomatik xidməti pasporta malik şəxslərlə yanaşı, xidməti və xüsusi pasporta malik insanlar da Qətərə vizasız səfər edə biləcəklər. Deputatlar da bu prosesdən yararlanacaqlar. Qanun layihəsi təsdiq edildi.

Komitə sədri “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi barədə də məlumat verdi. Onun sözlərinə görə, Memorandumda Azərbaycanın maraqlarını əks etdirən bütün məsələlər yer alıb. Bu sənədin təsdiq edilməsi ölkəmizin ticarət, mədəniyyət və digər sahələrdə maraqlarını təmin etməsi üçün imkan yaradacaq. Qeyd edildi ki, Şanxay Əməkdaşlıq Təşkilatındakı güclərlə əməkdaşlıq vacibdir. Azərbaycan Asiyanın maraqlarını Avropada, Avropanın maraqlarını isə Asiyada təmsil etməyə qadirdir. Sənəd səsə qoyularaq qəbul edildi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında danışdı. Bildirdi ki, Azərbaycanın ABŞ-la iqtisadi əlaqələri ildən-ilə güclənir. Bu saziş əlaqələri daha da genişləndirməyi nəzərdə tutur.

Layihəyə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müsbət münasibət bildirdi. Onun sözlərinə görə, sənəd tam təkmil hazırlanıb, hər bir məsələ ölçülüb-biçilib. Bu, iki dövlət arasında olan bir sazişdir. Ya biz, ya da ABŞ tərəfindən hansısa məsələyə şərt qoyulursa, təbii ki, bu sənəddə nəzərdə tutulmalıdır. Deyək ki, hava nəqliyyatında iki terrorçu gedir, ABŞ dərhal elan edir ki, indiki halda onların ərazidən keçməsinə imkan vermir. Yəni müqavilədə öz əksini tapıbdır ki, belə məsələlərə birtərəfli qadağalar qoyula bilər. Bu layihə də təsdiq edildi.

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, layihə “İnzibati icraat haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli sərəncamına uyğunlaşdırmaq məqsədilə hazırlanmışdır. Layihə səsə qoyularaq qəbul olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bəyan etdi ki, iclasın gündəliyində olan “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmişMiqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinin hər birinə eyni məzmunlu dəyişikliklər edilib.

Bu dəyişikliklər “İnzibati icraat haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli sərəncamına uyğunlaşdırmaq məqsədilə hazırlanıb. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edildi.

Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında növbəti məsələni Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim etdi. Qeyd etdi ki, dəyişiklik Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədilə edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbiri müəyyən edilmişdir. Layihə təsdiqləndi.

Komitə sədri Z.Səmədzadə “Hesablama Palatası haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin texniki xarakterli olduğunu bildirdi. Hər iki məsələ təsdiq olundu.

İclasın gündəliyində olanİcra məmurları haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri isə “Cəzaların icrası haqqında” qanuna uyğunlaşdırılıb. Bu məsələlər də deputatlar tərəfindən təsdiqləndi.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə layihələri təqdim edən Əli Hüseynli bildirdi ki, hər iki sənəd Azərbaycan Prezidenti tərəfindən təqdim edilib. Dəyişiklik Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında mülki dövriyyədə olmasına icazəni nəzərdə tutur. Qeyd edək ki, hazırda sözügedən siyahıda 17 adda məhsul və avadanlığın adı var. Təklif edilən dəyişikliyə əsasən, həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı da daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də müzakirə edildi. Dəyişikliyə əsasən, qısaldılmış vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Layihə təsdiq olundu.

İclasda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Qanuna və “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də baxıldı. Bildirildi ki, son illər ticarət adları “spays” və “bonzaikimi tanınan bir sıra narkotik vasitələrinin, eləcə də psixotrop maddələrinin ölkəmizin ərazisində yayılmasına və tranzitlə keçirilməsinə cəhdlər göstərilir. Lakin həmin vasitələrin qanunla qadağan edilməməsi onların qanunsuz dövriyyəsinə görə məsuliyyət tədbirlərinin görülməsini istisna edirdi. Bununla əlaqədar sözügedən qanunlara müvafiq dəyişikliklər edilir. Qanun layihələri qəbul edildi.

Sonra Ə.Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, dəyişikliklər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 15 may tarixli qanunun tətbiqi ilə əlaqədardır. Layihə təsdiqləndi.

Komitə sədri Z.Səmədzadə isə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim etdi. Bildirdi ki, hər iki qanuna eyni məqsədlə dəyişiklik edilib. Belə ki, sənədlərin qəbul edilməsi dəmir yolu ilə daşınan tranzit yüklərin həcmini artırmaqla yanaşı, dövlət büdcəsinin itirəcəyi dövlət rüsumu müqabilində “Azərbaycan Dəmir Yolları” QSC-nin gəlirlərini xeyli artıracaq. Bu, ümumən Azərbaycan iqtisadiyyatının inkişafına, ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində rolunun artmasına böyük töhfə verəcək.

İclasın gündəliyindəki sonuncu məsələ “Elm haqqında” qanun layihəsi idi. İkinci oxunuşda müzakirəyə təqdim olunan layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi. Bildirdi ki, layihə hazırlanarkən beynəlxalq təcrübələr öyrənilib. Nəhayət, 2013-2014-cü illərdə cəmiyyətin müxtəlif qurumlarında müzakirə aparılıb, sənəd 2015-ci ildə Milli Məclisin iclasında birinci oxunuşa çıxarılıb. LakinElm haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrdən keçən dövr ərzində elmdə baş verən dəyişikliklər layihənin yenidən baxılması və dəyişdirilməsi zərurətini ortaya çıxarıb. Hazırda qanun layihəsi daha da təkmillləşdirilib. Ölkəmizdə elm yönümlü sənədlər, qəbul edilmiş qərarlar da layihəyə yenidən baxılmasını aktuallaşdırıb. Bütün bunlara görə qanun layihəsi komitə daxilində mütəxəssislər tərəfindən oxunub, müzakirə olunduqdan sonra parlamentin plenar iclasına təqdim edilib. “Elm haqqında” qanun layihəsində elm siyasəti önə çəkilərək, ideoloji bazanın daha da möhkəmləndirilməsinə fikir verilib.

Komitə sədri qeyd etdi ki, qanun layihəsinin strukturunda təkmilləşmə zamanı bəzi dəyişikliklərin aparılması zəruri olub, bəzi maddələr tamamilə çıxarılıb, bəziləri isə birləşdirilib. Birinci oxunuşda 8 fəsil 45 maddə ilə qəbul edilən qanun layihəsi 7 fəsil 41 maddə ilə ikinci oxunuşa çıxarılıb. Layihəyə “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti haqqında” ayrıca maddə əlavə edilib. Bu, son illərdə aparılan islahatların elmdəki əks-sədasından doğan reallıqları əhatə edən maddədir. “Elm haqqında” qanun layihəsi çərçivə sənədidir, gələcəkdə elmdə innovasiya və sahibkarlıq haqqında qanun hazırlana bilər. Fəlsəfə və elmlər doktorlarının elmi adı var, eyni zamanda professor və akademiklər alim kimi qeyd edilir. Amma akademiyanın həqiqi və müxbir üzvlərinin adlandırılması yox idi. Akademiyanın həqiqi və müxbir üzvlərinin elmi rütbə adlandırılması məqsədəuyğun hesab edilib və ayrıca maddədə qeyd edilib.

İ.Həbibbəyli vurğuladı ki, qanun layihəsində təhsil kreditləri məsələsinə də toxunulub. Bu, bakalavr pilləsi ilə yanaşı, gələcəkdə magistraturadoktorantura üzrə də vacib ola bilər. Onun sözlərinə görə, magistrlərə hərbi xidmətdən möhlətin verilməsi “Elm haqqında” qanunun deyil, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun subyektidir. Hərbi vəziyyət normallaşarkən bu əlavə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilə bilər.

Qanun layihəsinə münasibət bildirən deputatlar Zahid Oruc, Fazil Mustafa, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Elmira AxundovaVahid Əhmədov qeyd etdilər ki, birinci oxunuşla müqayisədə sənəddə çox mühüm təkmilləşdirmə işləri aparılıb. Vurğulandı ki, qanunun qəbul edilməsi elm adamları arasında ciddi rəqabət yaradacaq. Ümumiyyətlə, bu sahənin inkişafı üçün yeni mərhələnin əsası qoyulacaq. Xüsusən də alimlərin sosial vəziyyəti xeyli dərəcədə yaxşılaşacaq. Gənclərin elmə gəlişi stimullaşacaq. Həmçinin, Azərbaycanın beynəlxalq elm məkanındakı mövqeləri möhkəmlənəcək.

Elm haqqında” qanun layihəsi çox dəyərli sənəddir. Onun daim mükəmməlləşdirilməsi, yenilənməsi vacib şərtlərdən biridir”. Bu sözləri isə deputat Əli Məsimli söylədi. Digər həmkarları kimi, Əli Məsimli də dövlət büdcəsindən elmə ayrılan vəsaitin artırılmasının vacibliyini bildirdi.

Deputat Qənirə Paşayeva isə dedi ki, magistraturadan elmə gələn gənclərin sayının azalması ciddi problemdir. Deputat bunun səbəblərindən birinin təhsil krediti ilə bağlı olduğunu söylədi: “Ali təhsil pilləsində hər 3 gəncdən 2-si ödənişli təhsil alır. İstedadlı gənclərin təhsillərini davam etməsi üçün təhsil kreditlərinin verilməsi qanunvericilikdə əksini tapmalıdır. Digər tərəfdən, Müdafiə Nazirliyi ilə Təhsil Nazirliyi magistrlərə möhlət verilib-verilməməsini yenidən müzakirə etsə, yaxşı olar”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə vurğuladı ki, elmin ayrı-ayrı sahələri özünün maliyyələşməsini təmin etməlidir. Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinə gəlincə, deputat bunun “Hərbi səfərbərlik haqqında” qanunun predmeti olduğunu dedi: “Dəyişiklik hər iki qanunda olmalıdır. Hər gün atəşkəs pozulur. Orduya cəlb olunmaq hər bir vətəndaşın borcudur. Aprel döyüşlərində nə qədər gənc könüllü xidmət etmək üçün müraciət etdi. Əgər bu dəyişiklik qəbul olunsa, bu maddə özü öz əhəmiyyətini itirəcək. Müdafiə Nazirliyindən bildirildi ki, 40 yaşından aşağı olan insanlar əməkhaqqı almaqla ordu sıralarına yazıla bilərlər. Ali Baş Komandanın tapşırığı sayəsində orduda xidmət sahələrini mülki vətəndaşlar həyata keçirir”.

Qanun layihəsinin yüksək peşəkarlıqla hazırlandığını söyləyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə diqqətə çatdırdı ki, elm inkişaf etməyən ölkədə yüksəliş olmaz. Komitə sədri elmi işçilərin maddi durumuna da toxundu: “Hazırda elmi işçilərin maddisosial durumu onların məhsuldar işləməsinə imkan vermir. Eyni zamanda, gənc elmi işçilərə tələbat var”.

Deputat Fəzail İbrahimli isə vurğuladı ki, qanun layihəsinin redaktəyə ehtiyacı yoxdur. Qanun layihəsi böyük elmi tutumludur. Əgər layihə qəbul olunarsa, Azərbaycan elm sahəsində böyük uğurlar qazanacaq.

Deputat Şəmsəddin Hacıyev isə bildirdi ki, ilk oxunuşdan sonra qanun layihəsində 35 deputatın təklif və tövsiyələri qeydə alınıb. Sənəd hüquqi və maliyyə ekspertizasından keçirilib. Ancaq deputat bəzi maddələrin sənəddən çıxarıldığını deyərək bunu anlaşılmazlıq kimi qiymətləndirdi: “Həmin maddələrin bir çoxu müvafiq subyektlərlə razılaşdırılmışdı. O cümlədən magistraturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə maddənin qanun layihəsindən çıxarılması mənim üçün anlaşılmazdır. Təhsildə fasiləsizliyin davam etdirilməsi üçün magistraturada təhsil alanlara möhlət hüququnun verilməsi lazımdır”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, adıçəkilən komitənin üzvü Rəşad Mahmudov və digər deputatlar çıxış edərək qanun layihəsinin mükəmməl hazırlandığını deyərək digər həmkarları kimi büdcədən elmə ayrılan vəsaitin artırılmasının vacibliyini söylədilər.

Çıxışlardan sonra qanun layihəsi əvvəlcə fəsil-fəsil, sonra isə ikinci oxunuşda ümumi səsverməyə çıxarılaraq qəbul edildi.

İclasın sonunda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması təklifi ilə Milli Məclisə müraciət edib. Aparılan təhlillərə əsasən, amnistiya aktının təxminən 10 min şəxsə şamil ediləcəyi gözlənilir. O cümlədən 3500 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə tutulur. Amnistiya aktı 28 may - Müstəqillik Günü münasibətilə bağlıdır.

Təklif deputatlar tərəfindən alqışlarla qarşılandı və Milli Məclisin plenar iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 18 may.- S. 1.