Braziliya Federativ
Respublikası Milli Konqresinin
Deputatlar Palatasının sədri Rodriqo Mayanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 1 noyabr.- S. 1.