Əlcəzair Xalq Demokratik Respublikasının
Prezidenti Zati-aliləri cənab
Əbdüləziz Buteflikaya
Hörmətli cənab Prezident,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 28 oktyabr 2016-cı il.
Azərbaycan.- 2016.- 1 noyabr.- S. 1.