Ədliyyə Nazirliyinin kollegiya
iclası keçirilib
Oktyabrın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda ölkəmizdə dövlət müstəqilliyinin
bərpasının 25-ci ildönümünün
qeyd olunduğu, bu münasibətlə keçirilmiş rəsmi
qəbulda Prezident İlham Əliyevin nitqində Azərbaycanın
müstəqillik illərindəki
inkişaf yolunu dolğun və ətraflı təhlil etdiyi vurğulanıb və müstəqilliyimizin
qorunub möhkəmləndirilməsində
ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri
qeyd edilib. Həmçinin dövlətimizin başçısının rəhbərliyi
ilə Azərbaycanın
hərtərəfli dinamik
tərəqqisindən, hüquqi
dövlət quruculuğu
prosesində, xüsusilə
ədliyyə və məhkəmə-hüquq sistemində
aparılan mütərəqqi
islahatlardan bəhs olunub.
Kollegiyada
təməli Ümummilli
Lider tərəfindən
qoyulmuş humanizm siyasətinin uğurla davam etdirilməsi diqqətə çatdırılaraq
bildirilib ki, ötən dövrdə Azərbaycan Prezidentinin 61 əfv aktı ilə 6 min 500-ə yaxın
məhkum müxtəlif
cəzalardan azad olunub, qəbul edilmiş 11 amnistiya qərarı isə 118 minə qədər şəxsə tətbiq olunub ki, onlardan
30 minədək məhkum
ailəsinə, cəmiyyətə
qovuşub.
Qeyd olunub ki, Ulu Öndərin
mərhəmət, insanpərvərlik
məfkurəsindən çıxış
etmək, humanizm ideyalarını həyata
keçirmək Heydər
Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü
ilə cari il 28 May - Respublika Günü münasibətilə
qəbul edilmiş sayca 4-cü amnistiya qərarı ilə 11 minə yaxın şəxs müxtəlif
cəzalardan, o cümlədən
3535 nəfər azadlıqdan
məhrumetmə cəzasından
azad olunub. 15 İyun - Milli
Qurtuluş Günündə
icrasına başlanılmış
bu humanist aktın müəyyənləşdirilmiş vaxtda dürüst icrası təmin edilib.
İclasda Azərbaycan Prezidentinin “Xarici donorlar tərəfindən Azərbaycan
Respublikasının ərazisində
qrantların verilməsi
prosedurunda “bir pəncərə” prinsipinin
tətbiqi haqqında"
2016-cı il 21 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə
olunub.
Vətəndaş cəmiyyəti institutlarının
fəaliyyətinə dəstəyin
artırılmasında, qrantların
verilməsi prosedurunun
asanlaşdırılmasında və bu sahədə
şəffaflığın təmin olunmasında qeyd olunan Fərmanın
müstəsna əhəmiyyəti
vurğulanaraq bildirilib
ki, gələn il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların
verilməsi prosedurunda
“bir pəncərə”
prinsipinin tətbiqinə
başlanılacaq və
bu prosedurda qeyri-kommersiya qurumlarına
və fiziki şəxslərə münasibətdə
Ədliyyə Nazirliyi
əlaqələndirici qurum
kimi müəyyən
olunub.
Bununla əlaqədar Azərbaycan
Prezidentinin Fərmanının
icrası, o cümlədən
vətəndaş cəmiyyətinin
fəaliyyəti ilə
bağlı ayrılan
maliyyə vəsaitlərinin
qeydiyyatı işinin
dəqiq və dürüst təşkili,
qrantın maliyyə-iqtisadi
məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi,
bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi
və maarifləndirmə
tədbirlərinin gücləndirilməsi
ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub.
Məlumat verilib ki, ölkəmizdə vətəndaş
cəmiyyətinin inkişafına
daim xüsusi önəm verilir, bu məqsədlə nazirlik tərəfindən
qeyri-hökumət təşkilatları
üçün “Fərdi
elektron pəncərə”
elektron məlumat sistemi yaradılaraq aparılır və QHT-lər bu sistemdən
səmərəli istifadə
edirlər. Həmçinin
dövlət qeydiyyatına
alınan qeyri-kommersiya
təşkilatlarının ümumi sayı artaraq 4300-ü, KİV-lərin
sayı isə
5100-ü ötüb.
Kollegiyada, həmçinin ədliyyə
orqanlarında kadr işinin, o cümlədən
gənclər və könüllülər ilə
fəaliyyətin təkmilləşdirilməsi
üzrə görülən
tədbirlər müzakirə
edilib.
Qeyd olunub ki, son 10 ildə 5500-ə yaxın hazırlıqlı,
müasir texnologiyalara
bələd və mənəvi cəhətdən
saf mütəxəssis
işə qəbul olunub. Bu zaman dövlət gənclər
siyasətinə müstəsna
yer verilib və bunun nəticəsidir
ki, hazırda ədliyyə qurumlarında
çalışan işçilərin
təxminən yarısını
gənclər təşkil
edir.
Həmçinin könüllülər institutunun təşviqinə
xüsusi önəm verilərək gənc könüllülərin ədliyyə
orqanlarına cəlb olunduğu, bu zaman Azərbaycan brendi olan və
12 milyondan çox insanın faydalandığı,
o cümlədən əməliyyatların
təxminən 40 faizinin
aparılmasında payı
olan ədliyyənin müxtəlif xidmətlər
göstərdiyi “ASAN xidmət”in
təcrübəsindən yararlanıldığı
diqqətə çatdırılıb.
Ötən dövr ərzində
müvafiq vərdişlərə
malik və könüllü kimi fəaliyyət göstərmiş
50-yə yaxın könüllünün
işlə təmin edildiyi vurğulanıb.
Bildirilib ki, ölkəmizdə bu yeni institutun
inkişafı üzrə
məqsədyönlü addımlar
atılır, dövlət
başçısının təşəbbüsü ilə
“Könüllü fəaliyyət
haqqında” Qanunun, habelə könüllülərin
həvəsləndirilməsi ilə bağlı mühüm qərarların
qəbul olunması,
ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında Prezident
İlham Əliyevin şəxsən iştirakı
bu sahəyə dövlət qayğısının
bariz təzahürü
olub.
Bununla əlaqədar
iclasda könüllülərlə
işin təşviqi
üzrə əlavə
tədbirlərin görülməsinin
vacibliyi vurğulanaraq,
onların ədliyyə
fəaliyyətinin müxtəlif
istiqamətlərinə daha
geniş cəlb edilməsi, könüllülərin
zəruri bilik və bacarıqlar əldə etmələri
üçün Ədliyyə
Akademiyasında təlimlərin
təşkili və
s. məsələlərlə bağlı tapşırıqlar
verilib.
Kollegiyada bir çox qeyri-kommersiya hüquqi şəxslər dövlət
qeydiyyatına alınıb.
Azərbaycan.- 2016.- 1 noyabr.- S. 2.