Azərbaycan
Ümumdünya Turizm Təşkilatı İcraiyyə
Şurasının sədri seçilib
Oktyabrın
31-də Misirin Luksor şəhərində Birləşmiş
Millətlərin Ümumdünya Turizm Təşkilatı
İcraiyyə Şurasının 104-cü sessiyasında Azərbaycan
Şuranın sədrliyinə namizədliyini təqdim edib. Aparılmış
danışıqlar nəticəsində və üzv ölkələrin
dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənib.
Sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya
seçilib.
Azərbaycan
adından sədr qismində çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev sədrlik müddətində
Ümumdünya Turizm Təşkilatı tərəfindən
turizmin inkişafı və insanların rifahına töhfə
verildiyi, həmçinin 2017-ci ilin “İnkişaf naminə
davamlı turizm beynəlxalq ili” olduğu nəzərə
alınaraq bu istiqamətdə bütün təşəbbüslərin
dəstəklənəcəyini bildirib.
Azərbaycanın
Ümumdünya Turizm Təşkilatı İcraiyyə
Şurasının sədri seçilməsi Prezident İlham
Əliyevin dəstəyi və təşəbbüsü ilə
turizm sahəsində həyata keçirilən islahatların
nəticəsi, ölkəmizin beynəlxalq turizm məkanında
qazandığı nüfuz və etimadın, habelə BMT
sisteminin ixtisaslaşmış təşkilatı olan
Ümumdünya Turizm Təşkilatının və
İcraiyyə Şurasına üzv dövlətlərin Azərbaycana
etibarının göstəricisidir.
AZƏRTAC
Azərbaycan.- 2016.- 1noyabr.- S.2.