Səmimi dostluq - faydalı tərəfdaşlıq

 

Azərbaycan-Rusiya münasibətlərinin çoxşaxəli inkişafı qarşılıqlı etimada əsaslanır

 

Hər bir ölkənin xarici siyasət kursunda əsas prioritetlərdən biri həmsərhəd dövlətlərlə əlaqələrin normal məcrada, beynəlxalq hüquq prinsipləri çərçivəsində inkişaf etdirilməsidir. Dövlət müstəqilliyinin bərpasının 25-ci ilini arxada qoyan Azərbaycan Respublikası məhz bu prizmadan çıxış edərək dünyanın əksər dövlətləri, o cümlədən qonşu ölkələrlə bərabərhüquqlu ikitərəfli əlaqələr qurub. Bu sırada dünyanın ən böyük dövlətlərindən olan Rusiya ilə münasibətlərin inkişaf dinamikası və göstəriciləri xüsusilə təqdirəlayiqdir. İki ölkə arasında münasibətlər son dövrlər daha da möhkəmlənən dövlətlərarası əlaqələrə, dostluğamehriban qonşuluğa əsaslanır.

 

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər

 

Vaxtilə Rusiya ilə münasibətlərdə yaranmış soyuqluğa baxmayaraq, bu gün əlaqələr artıq strateji səviyyəyə yüksəlib və bu işdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa, əlaqələrin inkişaf etdirilməsinə nail oldu.

İki ölkənin qarşılıqlı münasibətləri tarixində yeni səhifə isə Vladimir Putin Rusiyanın Prezidenti seçiləndən sonra açıldı. Ulu öndər Heydər Əliyevlə Vladimir Putin arasında bərqərar olmuş şəxsi dostluq dövlətlərimizin səmərəli münasibətlərinin daha da güclənməsinə böyük təkan verdi. Təqdirəlayiq haldır ki, bu münasibətlər hörmətli prezidentlər Vladimir Putinlə İlham Əliyev arasında daha sıx dostluğa çevrilib və səmimi xarakter alıb. Müasir mərhələdə dövlət başçıları Azərbaycan-Rusiya əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər.

Azərbaycan və Rusiya prezidentlərinin son illərdəki rəsmi və işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. Ən əsası, hər bir səfər münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

İctimai-siyasihumanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər isə xüsusilə təqdirəlayiqdir. Hazırda 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir. Bu istiqamətdə ən nümunəvi əməkdaşlıq formatı Bakı Beynəlxalq Humanitar Forumudur. Hələ 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu keçirilib. Sonradan bu forum beynəlxalq status alıb. Əlamətdar haldır ki, Bakı Beynəlxalq Humanitar Forumu hər il keçirilir, onun işində dünyanın elmi-mədəni və siyasi elitasının görkəmli nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

 

Regionlararası əməkdaşlığın miqyası genişlənir

 

Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığı zəruri edən mühüm amillərdən biri də məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir. Sovetlər birliyinin süqutundan sonra bu əlaqələr qırılmış və nəticədə iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Keçmiş münasibətləri bərpa etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək yeni dövrün zəruri tələbi kimi meydana çıxır. Ona görə də qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək həm rəsmi Bakının, həm də Moskvanın iqtisadi siyasətində mühüm yer tutur. Son 10 ildə bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulub, qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf edib.

Rusiya ayrı-ayrı regionlardan ibarət çox böyük ölkədir. Federasiyanın hər bir subyektinin böyük sosial-iqtisadi potensialı varxarici ölkələrlə, o cümlədən Azərbaycanla da birbaşa əlaqələr yaradılmasına ehtiyac duyur. Azərbaycan da bu reallıqlardan çıxış edərək Rusiyanın müxtəlif regionları ilə birbaşa əlaqələrin qurulmasına böyük əhəmiyyət verir. Prezidentlər Vladimir Putinlə İlham Əliyevin təşəbbüsləri nəticəsində bu əlaqələr regional formatda da uğurla davam etdirilir. Hər iki dövlətin müxtəlif vilayətləri, rayonları səmərəli əməkdaşlıq qurublar. Strateji tərəfdaşlıq münasibətlərinin pozitiv tərəfləri özünü həm də Rusiya və Azərbaycan regionları arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində göstərir.

Son illər bu sahədə çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır. İki ölkənin regionlararası əməkdaşlığı sürətlə inkişaf edib və coğrafiyası genişlənib. MoskvaSankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edilir. Bütövlükdə hazırda Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycan ilə iqtisadi əlaqələrə cəlb edilib, 30 subyektlə hökumətlərarası sazişlər imzalanıb. Bundan irəli gələrək Rusiya regionları rəhbərlərinin Azərbaycana qarşılıqlı səfərləri çoxalıb. Odur ki, ikitərəfli münasibətlər kifayət qədər səmərəli inkişaf edir, mədəni mübadilə fəallaşır.

 

Azərbaycan diasporunun fəallığı daim artır

 

Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayan subyektlər qismində həm də ölkələrimizin müxtəlif rayon və şəhərləri çıxış edir. Onlar ümumi tərəqqiyə xidmət edən siyasətin vacib elementlərinə çevrilir, bir-biri ilə qurduqları münasibətlərlə əməkdaşlığa özünəməxsus töhfələr verirlər. Bu xüsusda Rusiyada yaşayan azərbaycanlılar da iki dövlət arasındakı əlaqələrin inkişafı üçün səylərini əsirgəmirlər.

Dünyada azərbaycanlıların sayca daha çox yaşadıqları xarici ölkə Rusiyadır. Burada soydaşlarımızın formalaşdırdığı diaspor qüvvələri kifayət qədər aktiv fəaliyyət göstərir. Təbii ki, bu aktivliyin əsas səbəbi Azərbaycan dövlətinin nümunəvi diaspor siyasəti, xaricdəki azərbaycanlıların təşkilatlanmasına verdiyi önəm və dəstəkdir. Çünki müasir dövrdə hər bir dövlətin qüdrəti həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Məhz bu səbəbdən Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyindən sonra da dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirir. Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsi, onların malik olduğu güclü potensialın ümummilli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlərin həyata keçirilməsi diaspor fəaliyyətimizin uğurla həyata keçirilməsinə mühüm təkan verib. Prezident İlham Əliyevin rəhbərliyi altında isə inkişafının daha sürətli yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikası üzərinə düşən tarixi missiyanı - dünyadakı soydaşlarımızın arasında milli həmrəyliyin əldə olunmasını daha uğurla həyata keçirməkdədir. Azərbaycanın dünyadakı elçiləri, təmsilçiləri, həmvətənlərimizin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, təşkilatları, dərnəkləri və formalaşdırdıqları digər qurumlar bu gün beynəlxalq ictimaiyyətin respublikamızla daha yaxından tanış olmasında, barəsində əsl həqiqətlərdən, keçdiyi inkişaf yolundan xəbər tutmasında müstəsna rol oynayır.

Rusiyada yaşayan soydaşlarımızın ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) vəzifələrini layiqincə yerinə yetirməklə bərabər, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə də özünəməxsus böyük töhfələr verməkdədir. Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilən təşkilatın fəaliyyəti son illər yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşkilatın Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvü seçilməsi ÜAK-ın fəaliyyətinin daha aktiv hala gəlməsinə, sıralarının böyük sürətlə genişlənməsinə səbəb olub.

Konqresin Həştərxan regional bölməsi də ötən dövr ərzində cəmiyyətə inteqrasiya, burada yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının artırılması istiqamətində mühüm işlər görür. Həştərxan vilayətində 25 mindən çox azərbaycanlı yaşayır. Onlar həm diaspor sıralarında, həm vilayətin ictimai həyatında kifayət qədər fəallıq nümayiş etdirirlər.

Bu mənada Rusiyanın Həştərxan şəhərindəki Azərbaycan diasporu həm bu bölgənin inkişafı, həm də bu vilayətlə Azərbaycan arasında əlaqələrin genişlənməsi üçün əlindən gələni edir. Ona görə Azərbaycan diasporu Həştərxanın vilayət rəhbərliyi və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa mühüm töhfələr verən zümrə kimi qəbul olunur.

 

Heydər Əliyev Fondunun töhfələri

 

Ümumiyyətlə, Rusiyanın Həştərxan vilayəti və onunla eyni adı daşıyan şəhəri ilə Azərbaycanın tarix boyu mühüm əlaqələri olub. Bunu şərtləndirən əsas səbəblərdən biri Xəzər dənizində olan sərhəd qonşuluğudur. Həştərxanda yaşayan azərbaycanlı kimi son illərdəki müşahidələrim ondan ibarətdir ki, bu vilayət ilə Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi ilbəil artır. Ötən hər bir ildə tərəflər arasında əmtəə dövriyyəsi əvvəlki illə müqayisədə yüksəlib, dəmir yolu, hava və dəniz nəqliyyatı sahəsində əlaqələr inkişaf edib. Azərbaycan sahibkarları Həştərxanda yerli biznesmenlərlə sıx qarşılıqlı fəaliyyət göstərirlər.

Müştərək layihələrin həyata keçirilməsi də Azərbaycanla Həştərxan arasında əməkdaşlıq üçün yaxşı amildir. Bu sırada xüsusilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri misal göstərmək olar. 2010-cu ildən etibarən Prezident İlham Əliyevin göstəriş və tapşırığı, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Həştərxan vilayətində genişmiqyaslı layihələr həyata keçirilib. Bunlardan biri Həştərxan şəhərinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işlərinin aparılmasıdır. Parkda ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Bununla yanaşı, Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilib və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunub. Bu dəstəyin davamı olaraq məktəbdə müasir standartlara uyğun iki yeni korpus inşa edilib və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil olunması üçün bütün şərait yaradılıb, mebeltexniki avadanlıqlarla təchiz edilib.

Xatırladım ki, hələ 2011-ci ildə Rusiya-Azərbaycan dostluq körpüsünün təməli qoyulmuşdu. Qısa zaman kəsiyində körpünün inşası başa çatdırılıb və 2012-ci il sentyabrın 12-də açılışı olub. Həmin gün Heydər Əliyev parkında yaradılmış “Arzuuşaq əyləncə şəhərciyinin açılışı, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan Müqəddəs Knyaz Vladimirin məbədi önündə Knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilmişdi.

Cəmi 1 il 3 aydan sonra - 2013-cü il dekabrın 20-də Həştərxanda Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsinin və onun yerləşdiyi ərazidə salınmış parkın təntənəli açılış mərasimi keçirilib. Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikilmişArzuuşaq kafesinin də açılışı olub, o cümlədən Bakı küçəsində fondun dəstəyi ilə tikiləcək uşaq bağçasının təməli qoyulmuşdu. 2014-cü il sentyabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə bağçanın açılışı oldu. Ümumi sahəsi 2800 kvadratmetr olan, üçmərtəbəli, 140 yerlik uşaq bağçasında aparılan tikinti işləri uğurla başa çatdırılıb, lazımi mebel və digər avadanlıqlarla təchiz edilib, ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.

Bütün bunlarla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan şəhərində çoxfunksiyalı mərkəzinin inşa olunması panlaşdırılır. Hazırda həmin layihənin həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılır. Bu layihənin həyata keçirilməsi respublikamızda istehsal olunan məhsulların sərgisinin və satışının təşkil edilməsi üçün geniş imkanlar açacaq.

Bu layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri var. Bu fəaliyyəti ilə Leyla Əliyeva Azərbaycan diasporunun nümayəndələrini cəlb etməklə xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə böyük aparır, Azərbaycan-Rusiya münasibətlərinin genişlənməsinə böyük töhfələr verir.

Uğurlu əməkdaşlığın nəticəsi olaraq Həştərxan şəhəri ilə Bakının Nərimanov rayonu qardaşlaşıb. Təsadüfi deyil ki, Bakı və Rusiyanın Həştərxan şəhərinin dostluğuna həsr olunmuş park da Nərimanov rayonu ərazisində salınıb. Bu parkda ucaldılan “Bakı və Həştərxan dostluğu” abidəsi isə dostluğun və qardaşlığın rəmzinə çevrilib.

Həyata keçirilən layihələr xalqlar arasında olan səmimi əlaqələri daha da möhkəmləndirir. Bu layihələr Rusiyanın və onun bölgələrinin rəhbərlikləri tərəfindən daim yüksək qiymətləndirilir. Bunun göstəricisi kimi Həştərxan Şəhər Dumasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev “Həştərxan şəhərinin fəxri vətəndaşı” adına layiq görülüb, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif olunub. Həştərxan şəhərində Müqəddəs Knyaz Vladimirin abidəsinin ucaldıması və ətraf ərazidə yeni parkın salınmasına görə Leyla xanım Əliyeva III dərəcəli “Knyaginya Olqaordeni ilə, Rusiya-Azərbaycan dostluq körpüsünün inşasına, Heydər Əliyev parkında “Arzuuşaq əyləncə şəhərciyinin yaradılmasına və digər sosialyönlü layihələrin gerçəkləşdirilməsində böyük xidmətlərinə görə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeninə layiq görülüb.

Leyla Əliyeva Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi münasibətlərin inkişafına, xaricdə rus dili və mədəniyyətinin qorunmasında və təbliğ edilməsində verdiyi dəyərli töhfələrə görə” “Puşkin” medalı ilə təltif edilib. Eləcə də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müvafiq fərmanına əsasən Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev “Dostluqordeni ilə təltif olunub.

Azərbaycanla Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə isə Həştərxan vilayətinin qubernatoru Aleksandr JilkinDostluqordeni ilə təltif edilib. Mənim Azərbaycan Respublikasının “Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim isə ümumilikdə diasporumuzun fəaliyyətinə və bütün həmkarlarımın, əqidədaşlarımın Azərbaycanla Rusiya arasındakı dostluq əlaqələrinin genişlənməsində xidmətlərinə verilən ali dəyərlərdir. Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədr müavini İrahid Mirişov da Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Həştərxandakı Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovanın “Tərəqqi” medalı ilə təltif olunmasının da böyük əhəmiyyəti var.

 

İqtisadi tərəfdaşlığı gücləndirən forum

 

Rusiyanın ayrı-ayrı vilayətləri ilə Azərbaycanın ayrı-ayrı regionları arasında iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensial mövcuddurbundan səmərəli istifadə olunmalıdır. Hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkə regionları arasında investisiyaların qarşılıqlı təşviqi və stimullaşdırılması baxımından vacib əhəmiyyətə malikdir.

2010-cu ildə əsası qoyulmuş Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin həyatında xüsusi yer tutub, özünün vacibliyini və səmərəliyini sübut edib, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirib. Bu forum nisbətən qısa müddətdə regionlararası iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə edildiyi, müştərək layihələrin həyata keçirilməsinin ictimai-siyasi, mədəni-humanitar məsələlərinin və digər aspektlərinin müzakirə edildiyi mühüm tədbirə çevrilib. İki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin genişlənməsi və möhkəmlənməsi üzrə həm Azərbaycanda, həm də Rusiyada intensiv aparılır. Bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradır.

Qarşıdan VII Azərbaycan-Rusiya Regionlararası Forumu gəlir. Əvvəlki forumlar kimi, VII forum da konstruktiv işgüzar şəraitdə keçəcək. Forumun geniş maraqlı proqramı iştirakçılara ictimai-siyasi, ticari-iqtisadi humanitar əməkdaşlığın fəallaşdırılması məsələlərini müzakirə etməyə, qarşılıqlı investisiyaların artırılması üzrə addımları müəyyənləşdirməyə, nəqliyyat infrastrukturu barədə söhbət aparmağa, bank işi sahəsində informasiya mübadiləsinə, turizm potensialının qiymətləndirilməsinə s. imkan verəcək. Bir sözlə, forumda əməkdaşlığın perspektivlərindən başlamış qarşılıqlı fəaliyyətin mexanizmlərinə qədər bir çox məsələlər nəzərdən keçiriləcək. Bütövlükdə regionlararası əməkdaşlığa dair VII Azərbaycan-Rusiya Regionlararası Forumu ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.

Mübaliğəsiz demək olar ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ilə yüksəlir inkişaf edir. Bu münasibətlər açıq səmimi xarakter daşıyır. Ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus mövcuddur. İstənilən formatda əməkdaşlıq isə əlaqələrin daha da inkişafına mühüm təkan verir.

 

Ədalət HÜSEYNOV,

Ümumrusiya Azərbaycan Konqresi

Həştərxan regional bölməsinin sədri

 

Azərbaycan.- 2016.- 1 noyabr.- S.3.