Elmimizin bugünkü
nailiyyətlərini geniş ictimaiyyətə
tanıtmaq vacib məsələlərdəndir
Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təşkil olunan ikinci Azərbaycan Elm Festivalı çərçivəsində Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun məktəblilərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” mövzusu ətrafında keçirilən tədbirdən öncə şagirdlər Tarix İnstitutunun elmi nailiyyətlər sərgisi ilə tanış olublar.
Y.Mahmudov iştirakçılara Azərbaycanın tarixi inkişafının əsas dövrləri, qədim dövlətçilik ənənələri və bu ənənələrin müxtəlif vaxtlarda təkamülü, ermənilərin Qafqaz regionuna köçürülməsi haqqında ətraflı məlumat verib. Tədbirdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın tarixi abidələrinin ermənilər tərəfindən dağıdılması, tarixi toponimlərin adlarının dəyişdirilməsi barədə danışılıb.
Eyni zamanda, tədbir iştirakçılarına Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdirik siyasəti nəticəsində uğurla həyata keçirilmiş neft strategiyası, Ulu Öndərin əsasını qoyduğu müasir Azərbaycan diplomatiyası haqqında məlumat verilib.
Ümummilli Liderin
müdrik və məqsədyönlü
siyasətinin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyi və bu inkişafın özünü
Azərbaycanda cərəyan edən siyasi-iqtisadi
proseslərdə açıq-aşkar büruzə verdiyi vurğulanıb. Qeyd
edilib ki, Azərbaycanın
iqtisadi inkişaf tempi bütün dünyada olduğu kimi, Avropa qitəsində
də ölkəmizə marağı daha
da artırıb.
Azərbaycan.- 2016.- 1 noyabr.- S. 4.