“The
Washington Times” qəzetində
Azərbaycan-İsrail əlaqələrindən bəhs edən
məqalə dərc olunub
Amerikada
çıxan “The Washington Times” qəzetində “Qarabağ”
fondunun icraçı direktoru Diana Altmanın İsrail ilə
Azərbaycan arasında uğurlu tərəfdaşlıq
haqqında məqaləsi dərc olunub.
D.Altman yazır ki, İsrail ilə Azərbaycan arasında münasibətlər təkcə energetika və müdafiə sahəsində əməkdaşlıqla məhdudlaşmır. İki ölkə arasında müasir əlaqələr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıdığı vaxtdan başlanıb. Ötən 25 il ərzində iki xalq arasında dostluq, təhsil və mədəniyyət sahəsində substantiv mübadilə davam edir. Geniş işgüzar əlaqələr əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan dövləti ilə İsrail arasında münasibətlərin əsasıdır.
“Qarabağ” fondunun rəhbəri məqalədə daha sonra Azərbaycan və İsrail dövlətçiliyinin tarixi aspektlərindən bəhs edir. D.Altman İsrail ilə Azərbaycan arasında mədəni əlaqələrdən söhbət açaraq qeyd edir ki, Quba rayonundakı dağ yəhudiləri icması, Bakı yəhudiləri icması, habelə İsraildə yaşayan Azərbaycan yəhudiləri iki dövlət arasında vacib və möhkəm əlaqə yaradırlar.
AZƏRTAC
Azaərbaycan.- 2016.- 1 noyabr.- S. 4.