BTC-nin son dayanacağı - Ceyhan terminalı
Heydər
Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin yolu Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal
terminalından başlanır.
Kəmərin son dayanacağı isə Türkiyədə,
İsgəndərun körfəzindəki
Ceyhan dəniz terminalıdır.
BTC Səngəçaldan Ceyhanadək 1768 kilometrlik məsafə qət edir. Marşrut boyu üç
ölkənin ərazisindən
- Azərbaycandan, Gürcüstandan
və Türkiyədən
keçir.
BTC-nin daşıdığı
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmazdan əvvəl
toplandığı son məntəqə
məhz Ceyhan terminalıdır. Burada neft hərəsinin
tutumu bir milyon barel olan
7 böyük saxlama çəninə daxil olur.
Terminal ən yeni
texnologiyalarla təchiz
edilmiş obyektdir. O, eyni zamanda regionda enerjinin dəyişmə dinamikası və təchizatın təhlükəsizliyi
baxımından mühüm
rol oynayır. Belə ki, terminaldakı əməliyyatlar və
BTC-nin fəaliyyəti
bir-biri ilə sıx bağlıdır.
Başqa sözlə,
əgər terminalda iş dayanarsa, BTC-nin fəaliyyəti də sual altında
olar. BTC-nin gündəlik ötürücülük
qabiliyyətinin 1,2 milyon barel olduğunu
nəzərə alsaq,
onda kəmərin fəaliyyətində və ümumiyyətlə, qlobal
neft ixracında bu terminalın əhəmiyyəti daha aydın görünər.
Ceyhan terminalında
uzunluğu iki kilometr olan yanalma
körpüsü inşa
edilib ki, neft də tankerlərə
burada yüklənir. Körpüdə eyni vaxtda iki
tanker yüklənə bilər.
Tankerlərə yüklənən neftin həcmi 600 min bareldən 2 milyon barelədək dəyişir.
Yanalma körpüsünün qurtaracağında
suyun dərinliyinin 33 metr olması buraya ən iritonnajlı tankerlərin
yan almasına imkan verir. Bu tankerlər 2 milyon
barel neft daşıya bilir və onların uzunluğu 250 metrdən artıqdır.
Ceyhan terminalı
dünyada neftin ən sürətlə yükləndiyi obyektlərdən
biridir. Burada nefti saatda
9600 kubmetr sürətlə
yükləmək olar.
Ona görə də tankerlərin çoxu nəzərdə tutulan vaxtdan tez yüklənib
yola salınır.
Ceyhan terminalında
ekologiyaya xüsusi diqqət yetirilir. Belə
ki, burada dənizin gəmilərdən
çirklənməsinin qarşısının
alınmasına dair beynəlxalq konvensiya -
MARPOL normativlərinə ciddi riayət edilir. Bu o deməkdir
ki, terminal gəmilərdən
atılan tullantıların
təmizlənməsinə dair beynəlxalq standartlara cavab verir. Terminalın MARPOL tərəfindən icazə verilən tutumu o qədər genişdir ki, İsgəndərun körfəzinə
daxil olan bütün gəmilərin
tullantılarının öhdəsindən
gələ bilər.
Bütün bunlardan əlavə,
Ceyhan terminalını
BTC-nin 1078 kilometrlik Türkiyə hissəsinin
“sinir mərkəzi” adlandırırlar. Çünki terminal müasir və yüksək texnologiyalarla
təchiz edilmiş idarəetmə mərkəzinə
malikdir. Buradan kəmərin
Türkiyə ərazisindəki
hissəsinin bütün
əməliyyatları nəzarətdə
saxlanılır və
idarə olunur.
Ceyhan terminalına
BTC-nin tərəfdaşları
adından fəaliyyət
göstərən BİL (Botaş
International Limited) şirkəti əməliyyatçılıq edir.
Xatırladaq ki, Ceyhan terminalından ilk tanker - “British Hawthorne”
2006-cı il iyunun 4-də yola salınıb. Həmin vaxtdan keçən
10 ildən artıq müddət ərzində
buradan dünya bazarlarına 3300-dən artıq
tanker göndərilib.
Bu ərazi Aralıq
dənizi regionunun gözəl guşələrindəndir. Bu gözəllik təkcə
Aralıq dənizinin maviliyi ilə deyil, həm də yaxınlıqda çoxlu yaşıllığın
olması ilə bağlıdır. Terminalın yaxınlığındakı
meşəlik və portağal bağları göz oxşayır.
Hərdənbir neftsaxlama çənlərinin
ətrafında maralların
görünməsi də
maraqlıdır.
Flora SADIQLI,
Azərbaycan.- 2016.- 1 noyabr.- S. 6.