Erməni yalanını ifşa edən növbəti tarixi sənəd

 

“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallarcavablar” kitabı tarixi həqiqətləri öyrənmək baxımından dəyərli istinad mənbəyidir

 

“Ermənilər öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlardır”. Tanınmış fransız yazıçısı, daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmış Aleksandr Dümanın bu fikrində ermənilərin əsl xisləti qabarıq şəkildə özünü göstərir. Erməni riyakarlığı, erməni saxtakarlığı - bütün bunlar, əslində, beynəlxalq ictimaiyyət üçün naməlum məqamlar deyil.

Erməni siyasətçiləri, tarixçiləri bütün dövrlərdə öz çirkin məqsədlərinə çatmaq üçün tarixi faktları saxtalaşdırmaqla dünya ictimaiyyətini çaşdırmağa çalışıblar. Tarixin son bir əsrlik dövründə isə qondarma “erməni soyqırımı” ilə bağlı avantüralarını dünyanın gündəmində saxlamağa can atıblar. Azərbaycan tarixçiləri isə erməni yalanını ifşa edən yüzlərlə kitablar, əsərlər yazıblar, müxtəlif araşdırmalar, tarixi faktlar ortaya qoyublar.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi məhz erməniləri ifşa edən əsərlər yazmaqla, mövcud nəşrləri tərcümə edərək ictimaiyyətə çatdırmaqla xalqımıza, Azərbaycan dövlətçiliyinə xidmət göstərməkdədir. İnstitut yaranan gündən türkoloji tədqiqatlara böyük önəm verir, Osmanlı İmperiyasının, Türkiyə Cümhuriyyətinin tarixini, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafını ətraflı araşdırır. Rəsmi Ermənistanın və erməni təşkilatlarının bütün iddialarının əsassız olduğunu sübut etmək, ən mötəbər mənbələrə istinad edərək tarixi faktları açıqlamaq tarixçilərimizin başlıca vəzifələrinə çevrilib.

Belə əsərlərdən biribu günlərdə Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunan “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar cavablarkitabıdır. 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan “Armenian allegations and historical facts. Questions and answers (“Əsassız erməni iddiaları tarixi faktlar. Suallar cavablar”)” kitabını ana dilimizə çevirən Ön söz”ün müəllifi Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, redaktoruAzərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.

Şərqşünaslıq İnstitutunun direktoru Gövhər BaxşəliyevaÖn söz”də qeyd edir ki, real tarixi faktları görməzdən gələrək, heç bir əsası olmayan saxtadəlillərləbeynəlxalq ictimaiyyətin mövqeyini çaşdırmağa yönələn bu kimi bədnam kampaniyalar çərçivəsində əsl həqiqətlərin daha geniş miqyasda təbliğinə zəruri ehtiyac yaranır: “Bu baxımdan Azərbaycan dilinə tərcümə olunan bu kitab həm elmi ictimaiyyət, həm ümumilikdə hər bir azərbaycanlı üçün tarixi həqiqətləri öyrənmək baxımından dəyərli istinad mənbəyi ola bilər”.

Kitabın əsas hissəsini erməni iddiaları ilə bağlı 12 sual bu suallarda tarixi faktlara söykənən tutarlı cavablar təşkil edir. Nəşrdə ilk sual belə qoyulur: “Şərqi Anadolu ermənilərin qədim yurdu sayıla bilərmi?” Burada ermənilərinİncil”də Nuh nəzəriyyəsi, Urartu nəzəriyyəsi, Frakiya-Frigiya nəzəriyyəsi, Cənubi Qafqaz nəzəriyyəsi, Turan nəzəriyyəsi açıqlanır onların hər birinin əsassız olduğu konkret faktlarla sübut edilir. Eyni zamanda ermənilərin bu nəzəriyyələrlə özlərinin bir-birlərinə zidd getmələri tam aşkar göstərilir.

 Türklər ermənilərin ərazilərini gücləmi ələ keçiriblər?” sualına verilən cavabda göstərilir ki, bu iddialar tamamilə əsassızdır ermənilərin zəif olaraq, həmişə münaqişədə olduqları güclü qonşular tərəfindən köçürüldükləri, onların torpaqlarını Osmanlı türklərinin zəbt etməmələri göstərilir.

Türklər tarix boyu ermənilərə hücum edib, incidiblərmi?” sualı isə Volter, Filip Marşal Braun, Politis, Arnold, German Bronsart, Sebastiani kimi görkəmli tarixçilərin, siyasətçilərin, diplomatların konkret sitatları ilə təkzib edilir.

Digər faktlarda isə qeyd edilir ki, ermənilər Anadolu ərazisində firavan yaşamalarına baxmayaraq, terroru əsas silahlarına çeviriblər. Eyni zamanda erməni siyasi qüvvələri planlaşdırılmış üsyanlar, etirazlar yolu ilə guya türklərin onlara münasibətlərinin dözülməz olduğunu göstərərək Qərbin diqqətini bu məsələyə yönəltməyə çalışıblar.

Nəşrdə, həmçiningenosidtermininin mənası açıqlanır, sonrakı hissələrdəTürklər 1915-ci ildə planlaşdırılmış sistematik erməni qətliamı törədiblərmi?”, “Tələt Paşa kütləvi qırğınları sifariş edən məxfi teleqram vermişdimi?”, “Birinci Dünya müharibəsidövründə 1,5 milyon erməni həlak olmuşdur?”, “Sevr müqaviləsi hələ qüvvədədirmi?”, “Türkiyədə yaşayan ermənilərin şəraiti necə idi?” digər sualların tutarlı cavabları verilir.

Kitabda daha sonra 1973-1986-cı illəri əhatə edən ermənilər tərəfindən törədilən terror aktlarının xronoloji siyahısı verilir. Növbəti təqdim edilən material türk, Osmanlı Yaxın Şərq araşdırmaları ilə ixtisaslaşan amerikalı alimlərin ABŞ konqresinin erməni soyqırımı ilə bağlı 192 saylı qətnaməsinə cavab olaraq 1985-ci ildə imzaladıqları bəyanatdır.

Kitabın sonunda biblioqrafiya mövzu ilə bağlı tarixi fotoşəkillər təqdim olunur.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 1 noyabr.- S. 7.