Forum iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakıda
keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun
iştirakçıları noyabrın 1-də Fəxri xiyabana
gələrək xalqımızın ümummilli lideri,
müasir müstəqil Azərbaycan dövlətinin memarı
və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra Forum iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan
paytaxtının mənzərəsini seyr
edən Forumun
iştirakçılarına Şəhidlər
xiyabanının tarixi və şəhərimizdə
görülən abadlıq-quruculuq işləri barədə
məlumat verilib.
AZƏRTAC
Azərbaycan.- 2016.- 2 noyabr.- S. 3.