Milli Məclisdə Türkmənistan parlamentinin nümayəndə heyəti ilə
bir sıra görüşlər keçirilib
Noyabrın
1-də Azərbaycanda səfərdə olan Türkmənistan
Məclisi sədrinin müavini Qurbangül Bayramovanın
başçılıq etdiyi nümayəndə heyəti
Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkmənistan nümayəndə heyəti Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ilə görüşüb.
Vitse-spiker ölkələrimiz arasında dərin dostluq əlaqələrinin mövcud olduğunu söyləyib. O, illər öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkmənistanın o vaxtkı rəhbərliyi arasında keçirilən görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, bu gün də bu ənənə dövlət rəsmiləri tərəfindən davam etdirilir. Təqdirəlayiq haldır ki, ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirib ki, nümayəndə heyətinin bu səfəri BMT-nin layihəsi çərçivəsində həyata keçirilir və torpaq islahatları ilə bağlıdır. “Biz torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və ondan bəhrələnmək niyyətindəyik”, - deyə o əlavə edib.
Türkmənistan parlamentinin vitse-spikeri ölkəsinin qanunvericilik
orqanı barədə
məlumat verib. O, həmçinin
ölkəsi üçün
önəmli olan Türkmənistanın neytrallığının
20 illiyinə həsr olunmuş tədbirlər haqqında danışıb.
Valeh Ələsgərov
deyib ki, hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi
zamanında ölkəmizdə
torpaq islahatlarına başlanılıb. Bu yaxınlarda
“Kooperasiya haqqında”
qanun qəbul edilib. Ölkəmizdə fermer təsərrüfatları
ilə yanaşı, böyük aqroholdinqlər
yaradılır. Parlament sədrinin
müavini iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın
daha aktiv fəaliyyət göstərməsinin
vacibliyini qeyd edib.
Milli Məclis
sədrinin müavini Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
və onun həlli ilə bağlı görülən
işlər barədə
məlumat verib. O, ölkəmizin
problemin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həllinə
tərəfdar olduğunu
vurğulayıb və
bu məsələdə
Türkmənistanın dəstəyinə
inamını ifadə
edib.
x x
x
Həmin gün Milli Məclisin ailə, qadın və uşaq məsələləri
komitəsinin üzvləri
Türkmənistan nümayəndə
heyəti ilə görüşüblər.
Sədr Aqiyə Naxçıvanlı
bildirib ki, rəhbərlik etdiyi komitənin əsas fəaliyyət istiqaməti
ailə, qadın və uşaq hüquqlarının müdafiəsi
sahəsində qanunvericilik
bazasının formalaşdırılması
və təkmilləşdirilməsidir. Bu sahəyə dövlət
tərəfindən də
hər zaman böyük diqqət və qayğı göstərilib. Parlamentdə məişət zorakılığına
qarşı, erkən
nikahlarla bağlı məsələlərin həlli
üçün qanunlar
təkmilləşdirilir, maarifləndirici
proqramlar həyata keçirilir. Ölkəmizdə
gender bərabərliyi mövcuddur
və qadınlarımız
müxtəlif dövlət
orqanlarında, təsərrüfat
sahələrində fəal
təmsil olunurlar.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova səfərin məqsədi barədə
məlumat verib. O, ölkə
parlamentində qadınların
geniş təmsil olunduğunu söyləyib.
x x
x
Sonra parlamentin
aqrar siyasət komitəsi üzvlərinin
Türkmənistan nümayəndə
heyəti ilə görüşü olub.
Komitə sədri Eldar İbrahimov Milli Məclisin strukturu, tərkibi, fəaliyyəti,
habelə qanunların
hazırlanması və
qəbulu barədə
qonaqlara məlumat verib. Diqqətə çatdırılıb ki, dünyanın müxtəlif ölkələri,
o cümlədən Türkmənistan
ilə parlamentlərarası
əlaqələr üzrə
işçi qrupu fəaliyyət göstərir.
Ölkələrimiz arasında münasibətlər
həmişə dostluq
və qarşılıqlı
anlaşma şəraitində
inkişaf edib.
Eldar İbrahimov
ölkəmizdə aqrar
sahədə həyata
keçirilən islahatlar
barədə söhbət
açıb, bu istiqamətdə ulu öndər Heydər Əliyevin xidmətlərini
xüsusi vurğulayıb. Qonaqlara kənd
təsərrüfatının müxtəlif sahələrinə
aid statistik məlumatlar
verilib.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirib ki, Azərbaycanın aqrar sahədəki təcrübəsi Türkmənistan
üçün çox
maraqlıdır. O deyib ki, ölkəsində kənd təsərrüfatının
əsas istiqamətləri
pambıqçılıq və
toxumçuluqdur. Bununla belə,
meyvə istehsalı, heyvandarlıq və digər sahələr də sürətlə inkişaf edir.
Söhbət zamanı tərəflər
parlamentlərarası əlaqələrin inkişafı,
qarşılıqlı səfərlərin intensivləşdirilməsi,
qanunvericilik sahəsində təcrübə
və informasiya mübadiləsi ilə
bağlı fikirlərini bölüşüblər.
AZƏRTAC
Azərbaycan.- 2016.- 2 noyabr.- S. 4.