Azərbaycanlı alimin Moskvada kitabı çap edilib
Rusiya Federasiyası Mədəniyyət
Fondunun “İnsan” nəşriyyatında Milli
Məclisin deputatı,
Azərbaycan Milli Elmlər Akademiyasının
Qafqazşünaslıq İnstitutunun
direktoru professor Musa Qasımlının
iki hissədən ibarət “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003)” kitabı
rus dilində çap edilib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respublikasının diplomatiya
tarixi” seriyasından hazırlanan bu əsər 1991-2003-cü illər
xarici siyasət tariximizi əhatə edir. Əsərdə Azərbaycan,
Rusiya, Gürcüstan,
Türkiyə, ABŞ, Böyük
Britaniya və digər ölkələrin,
ATƏT-in arxivlərinin, Vyanada
BMT-nin və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kitabxanalarının materialları
əsasında diplomatiyamızın
keçdiyi yol tədqiq edilir.
Əsərin birinci hissəsində
dağılma ərəfəsində
olan SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, ölkəmizin
dövlət müstəqilliyinin
bərpası, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
üçün Azərbaycan
diplomatiyası qarşısında
duran vəzifələr,
Xəzər dənizinin
hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində diplomatiyamızın
mövqeyi və qonşu ölkələrlə
münasibətlər araşdırılır.
Nəşrin ikinci hissəsində isə Azərbaycanın Avropa, Asiya, Afrika ölkələri,
eləcə də
ABŞ ilə münasibətləri,
beynəlxalq təhlükəsizlik
və əməkdaşlıq
sistemində tutduğu
yer, xarici siyasətdə iqtisadiyyat amilinin rolu və
digər məsələlər
tədqiq edilir. Diplomatlar, siyasətçilər,
beynəlxalq münasibətlər
tarixi ilə məşğul olan mütəxəssislər, bu
ixtisas üzrə təhsil alan
tələbələr üçün
nəzərdə tutulan
əsər Azərbaycanın
dövlət müstəqilliyinin
25 illiyinə dəyərli
töhfədir.
Qeyd edək ki, əvvəlcə
Bakıda Azərbaycan
dilində nəşr
edilən kitabın baş redaktoru xarici işlər naziri Elmar Məmmədyarov,
redaksiya şurasının
üzvləri isə nazir müavinləri Hafiz Paşayev, Araz Əzimov, Nadir Hüseynov,
Xələf Xələfov,
Mahmud Məmmədquliyev, nazirliyin
əməkdaşları Cavanşir
Məmmədov və Cavanşir Vəkilovdur.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2016.- 2 noyabr.- S. 4.