Ümumdünya Turizm Təşkilatının
şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti başa çatıb
Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti bu gün öz işini başa çatdırıb. Sammitin ikinci günü panel iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev moderator qismində çıxış edib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şəhər turizminin inkişafında mədəniyyətin rolu” mövzusunda keçirilən panel iclasında mədəni turizm, eləcə də maddi və qeyri-maddi irs elementlərinin şəhər turizmində rolu və bir sıra digər mühüm məsələlər müzakirə olunub.
Panel iclasının açılışında çıxış edən Əbülfəs Qarayev mədəniyyət və şəhər turizmi arasındakı münasibətlərdən, mədəni elementlərin turizmin inkişafında istifadə edilməsi yollarından, eləcə də ölkəmizdə bu istiqamətdə görülən işlərdən bəhs edib.
Mədəniyyət və turizmin qarşılıqlı əlaqəsindən
danışan nazir 2017-ci ildə ölkəmizdə
keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu haqqında
məlumat verib və panel
iclasın iştirakçılarını, eləcə də
qonaqları bu tədbirə dəvət edib.
Azərbaycan.- 2016.- 3 noyabr.- S. 6.