İlham Əliyev Ermənistanın hərbi-siyasi
təcridi prosesini uğurla
yekunlaşdırır
Azərbaycanın
Qarabağ cəbhəsində faktiki üstünlüyü
erməni xalqı qarşısında iki seçim müəyyənləşdirib: ya sülh, ya
Sarkisyan!
Gələn həftə Azərbaycanın Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayır. Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə keçiriləcək bu “döyüş məşqi” öz miqyasına, hərbi heyətinə və arsenalına görə çox möhtəşəm sayıla bilər. Belə ki, təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb edilir.
Uğurlu hərbi islahatların real nailiyyət göstəriciləri
Bu qürur doğurucu kəmiyyət göstəricisinə artıq bütün dünyaya məlum olan keyfiyyət amillərini də (modern silahlanma, yüksək döyüş potensialı, aprel döyüşündən doğan böyük ruh yüksəkliyi və qələbə əldə etmə təcrübəsi) əlavə etsək, təlimləri həm də 7-8 rayon ərazisində aparılacaq hərbi əməliyyata hazırlıq prosesi də saymaq olar. Nəzərə alaq ki, bu məqam - Qarabağ cəbhəsində döyüş heç zaman istisna olunmayıb, aprel ayında isə sınaqdan uğurla çıxıb!
Həmçinin Prezident İlham Əliyevin son dövrlərdəki çıxışlarında da hərbi ritorikanın artması daha aydın görünür. Sürətli silahlanma prosesi indi yeni mərhələyə qədəm qoyub. Ən müasir və son nəsil silah-texnika ilə təminat Ordumuzun hərbi arsenalını dünyanın güclüləri səviyyəsinə qaldırıb.
Mühüm faktlardan biri də odur ki, İlham Əliyev Azərbaycanın hərbi sistemini başdan-başa müsbətə doğru dəyişdirib, apardığı islahatlarla daha effektiv ordu formalaşdırıb. Əsgərin yatacağından yeməyinə, təlimindən silahına, səngərindən istirahətinə qədər hər şey ən müasir standartlar səviyyəsindədir. Silahlı Qüvvələrimizin şəxsi heyətinin “zərbə gücü” artıq 1-1,5 illik çağırışçılar hesabına təmin olunmur. Bu sahədə mütəxəssisə çevrilən, hərbi xidməti konkret iş yeri kimi qəbul edən professional əsgərlər, zabitlər, kəşfiyyatçılar, artilleriyaçılar, tankçılardan ibarət döyüş zümrəsi formalaşıb ki, onların da sayı on minlərlədir.
Bütün bu proseslər ardıcıl, intensiv səciyyə daşıyır və görülən işlərin nəticələri davamlı olaraq yoxlanılır. Birbaşa olaraq Ali Baş Komandanın nəzarəti ilə keçirilən hərbi təlimlər mütəmadi hal alıb. Artıq beynəlxalq hərbi ekspertlər də birmənalı bəyan edirlər ki, Ordumuz Cənubi Qafqazın ən güclü, hazırlıqlı silahlı qüvvəsinə çevrilib, istənilən döyüş tapşırığını icra etməyə qadirdir!
Ermənistanın danışıqlar prosesində illərdir nümayiş etdirdiyi destruktiv mövqeni son aylarda artıq tam qeyri-ciddi vəziyyətə gətirməsi təmas xəttindəki həssaslığı gündən-günə artırır. Hərbi status-kvonun dəyişməzliyi barədə 24 il hakim olan rəyin aprel korrektəsi hər kəsə sübut etdi ki, bunu təmin edən əsas şərt yalnız rəsmi Bakının mövqeyi olub. Yəni Azərbaycan istədiyi məqamda bu “dəyişməzliyi” elə dəyişər ki, Ermənistan ordusu öz sərhədlərinə qədər geri atıla bilər.
7 ay öncə Silahlı Qüvvələrimiz Ermənistanın cəbhə bölgəsindəki ərazi üstünlüyü barədə qənaətləri alt-üst edərək göstərdi ki, artıq Qarabağda bir üstünlük var: o da indi Azərbaycana məxsusdur! Rəsmi Bakının bu inkarolunmaz hərbi arqumentə diplomatik hücum sahəsində uğur faktları əlavə etməsi isə Ermənistanın məğlubiyyətlər silsiləsinin davamlılığını təmin edib.
S.Sarkisyan öz
arxasınca Ermənistanı da məhvə
doğru sürükləyir
Xatırladaq ki, ötən ilin dekabrında İsveçrənin Bern şəhərində prezidentlərin danışıqları nəticəsiz bitmiş, Ermənistan irəli sürülən bütün təkliflərə yox demişdi. Belə qeyri-müəyyən vəziyyətdə Prezident İlham Əliyev bu görüşlərin imitasiya xarakteri daşıdığını bəyan edərək onlara ümumiyyətlə ehtiyacın olmadığını bildirmişdi. Sonradan cəbhə xəttindəki məlum hadisələrin yaratdığı yeni hərbi-siyasi reallıq nəticəsində vasitəçi dövlətlər sülh müzakirələrinin bərpasını təklif etdilər. May-iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilən prezidentlərin görüşünü bu kontekstdə yeni mərhələ kimi səciyyələndirmək olar. Bu görüşlərin nəticələri sülh danışıqları prosesində ciddi dönüşün yarana biləcəyinə ilk vaxtlar ümid doğurdu.
Lakin zaman keçdikcə rəsmi Yerevan ənənəvi siyasətini - danışıqlardan yayınmaq və həll variantlarından üz döndərmək kursunu davam etdirdi. Aprel ayında Azərbaycan Ordusu cəbhə xəttində inamla irəliləyərkən Rusiya rəhbərliyinə yalvararaq onlardan İlham Əliyevə minnətçi düşmələrini istəyən S.Sarkisyan atəşin dayandırılması üçün həmsədrlərin təklifini qəbul edəcəyinə söz vermişdi. Ancaq görünən odur ki, erməni rəhbəri vəzifə hərisliyini hər şeydən öndə tutmaqla miskin səviyyəsini növbəti dəfə göstərir və verdiyi sözün ardından yenə də qaçır. Prezidentlərin avqust ayından etibarən planlaşdırılan görüşlərinin baş tutmamasının yeganə səbəbkarı da S.Sarkisyandır.
Danışıqlar prosesində əsas həll variantı məlumdur. Həmsədrlərin
və vasitəçi
dövlətlərin rəhbərlərinin
də dəstəklədiyi
təklifə görə
Dağlıq Qarabağ
ətrafında işğal
olunmuş 7 rayon dərhal
azad olunmalı, erməni əhalisi üçün nəzarət
altında olacaq humanitar dəhliz saxlanılmalı, keçmiş
DQMV ərazisini əhatə
edən bölgənin
statusu müəyyənləşməlidir.
Azərbaycan bu təkliflərlə tam razılaşmasa
da, onları qəbul etdiyini bildirib və Qarabağ bölgəsində
yaşayan erməni əhalisinin təhlükəsizliyinə
təminat verərək
onların Naxçıvan
Muxtar Respublikası nümunəsində ən
yüksək muxtariyyət
statusunu tanıyacağını
bəyan edib!
S.Sarkisyanın bu təkliflərlə
əvvəl razılaşıb,
sonra isə imtina etməsi Azərbaycan tərəfindən
aramsız diplomatik hücumlar nəticəsində
beynəlxalq miqyasda ciddi zərbələr alan Ermənistan
üçün növbəti
fiasko oldu. Artıq beynəlxalq birlik sülh danışıqları
prosesində erməni
rəhbərini tam qeyri-ciddi
tərəf kimi tanıyır, onunla hansısa razılaşmanın
əldə oluna biləcəyinə inanmır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının Yerevanda
baş tutan sonuncu zirvə görüşündə öz
hərbi müttəfiqləri
tərəfindən Ermənistana
göstərilən məlum
hörmətsizlik, etimadsızlıq
və təcrid mövqeyi bunun bir misalıdır. Bu sammit Ermənistanda
çox böyük ajiotaj yaratdı və prezidentə qarşı narazılıqları
kəskin artırdı.
Erməni mətbuatı
“Niyə bütün dünya İlham Əliyevə hörmət
edir, amma Sarkisyanı saymır?”, “Sarkisyan nə vaxtadək İlham Əliyevin qarşısından
qaçacaq?”, “Belə
qorxaq və cəsarətsiz rəhbər
Ermənistanın üzqarasıdır”
manşetləri ilə
çap edildi, sosial şəbəkələrdə
isə vətəndaşlar
öz rəhbərlərindən
utanmalarını açıq
şəkildə ifadə
edir, onu qorxaq, rəzil saydıqlarını yazırdılar.
Azərbaycanın üzv olmadığı təşkilatda Azərbaycanın
maraqlarının qorunması,
İlham Əliyevin qatılmadığı sammitin
nəticələrinin İlham
Əliyevin diplomatik gedişlərinə uyğun
müəyyənləşməsi, şübhəsiz, Qarabağ
danışıqları prosesinə
də təsirsiz ötüşməyəcək.
Təsadüfi deyil ki, S.Sarkisyana
qarşı son iki ay ərzində formalaşan
yeni müxalifət cəbhəsi əsasən
onun keçmiş funksionerlərindən təşkil
olunur və onlar “xeyir-duanı” xarici ölkə səfirlərindən alırlar. Məlum ölkələr
artıq postsarkisyan dövrünün konturlarını
tam cızıblar. Erməni prezidentinin
son oyunbazlıqları isə
bu ssenarinin qarşısını almaq
gücündə deyil.
Xalq tərəfindən etimadı
tam itirən, keçmiş
müttəfiqləri olan
hərbçilərlə kəskin
ixtilafda olan, beynəlxalq dəstəkdən
məhrum qalan S.Sarkisyan öz arxasınca Ermənistanı
da məhvə doğru sürükləyir.
İlham Əliyevin xilas
formulu
İlham
Əliyevin üslubu məlumdur: onun söylədiyi sözün
arxasında hökmən
konkret əməl, fəaliyyət dayanmalıdır.
Prezident fakta söykənmədən
bir bəyanat verməz. Bu baxımdan,
İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan Ordusunun qazandığı aprel zəfəri “Əsgərlərimiz
Qarabağı işğaldan
azad etməyə qadirdir” bəyanatının
real təsdiqi idi!
Prezidentin “Qarabağ münaqişəsi
daha çox Ermənistana, sadə erməni xalqına ziyan vurub. Onlar hərbi
faşist diktaturası
olan hakimiyyətin girovuna çevrilib” fikri də, əslində, erməni xalqına çağırışdır.
Yəni ermənilər özlərini,
dövlətlərini, gələcəklərini
xilas etmək və tam təcriddən qurtulmaq üçün hərbi rejimə son qoymalı, demokratik yolla formalaşan yeni siyasi hakimiyyət
isə qonşuları
olan Azərbaycanla dərhal və şərtsiz danışıqlara
başlamalıdır.
Qarabağ münaqişəsinin nizamlama
prosesində əldə
olunacaq ədalətli
razılaşma ən
çox məhz erməni xalqına töhfə verəcək. Onlar xaosdan,
böhrandan, müstəmləkəçilikdən
xilas olmaqla, eyni zamanda dövlətçiliyini,
müstəqilliyini bərpa
edəcək, normal yaşama
qədəm qoyacaqlar.
Bu çağırışda bir konkret mətləb
də var: ermənilər nicat üçün Ermənistandan
qaçmamalı, əksinə,
özlərində iradə
və güc taparaq Ermənistana - dövlətlərinə sahib çıxmalı,
cinayətkar ölkə
başçısından yaxa
qurtarmalıdırlar.
Prezidentin
son dövrlərdəki bəyanatlarını
təhlil etsək, onları belə ümumiləşdirmək olar:
Azərbaycan Qarabağ
cəbhəsində faktiki
üstünlüyü əldə
edib, yenidən alovlanan müharibə Ermənistanın və onun ordusunun, xalqının birdəfəlik
məhvi olacaq. Ancaq beynəlxalq vasitəçilərin
təkliflərinin qəbulu
vəziyyəti dəyişə
bilər.
Yəni
İlham Əliyev erməni xalqı qarşısında iki seçim müəyyənləşdirib:
ya sülhlə razılaşıb dövlətçiliyi
xilas etməli, yaxud Sarkisyanın ardınca gedərək
tam iflas və tənəzzüllə barışmalı!
Mövcudluq tarixlərinin ən
rəzil, miskin, bədbəxt dövrünü
yaşayan erməni xalqının yeganə qurtuluşu nə qədər qəribə görünsə də, məhz
İlham
Əliyevin xilas formulundadır!
Artıq
bu həqiqəti ermənilər arasında
anlayanlar da var...
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2016.- 5 noyabr.- S. 1.