Azərbaycan
Mühəndislik Akademiyasının vitse-prezidenti
“Mühəndislik şöhrəti” ordeni
ilə təltif olunub
Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü, texnika elmləri doktoru, professor Əhəd Canəhmədova BMA-nın ali mükafatı - “Mühəndislik şöhrəti” ordeni təqdim olunub.
AMA-dan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata mühəndislik elminin inkişafında böyük xidmətlərinə, tribologiya sahəsində elmi kəşfinə, yeni texnologiyaların işlənməsində və tətbiqindəki uğurlu nəticələrinə, yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasındakı və beynəlxalq əlaqələrin möhkəmlənməsindəki fəaliyyətinə görə layiq görülüb.
Mükafatı Ə.Canəhmədova BMA-nın
Prezidentlər Şurasının qərarı ilə Beynəlxalq
və Rusiya Mühəndislik
akademiyalarının prezidenti, SSRİ-nin və Rusiyanın dövlət
mükafatları laureatı, akademik Boris Qusev təqdim edib.
Azərbaycan.- 2016.- 5 noyabr.- S. 3.