Dövlət və cəmiyyət yeni baxışlar kontekstində

 

Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra dövlət və dövlətçilik tarixinin, bu tarixin fomalaşmasında böyük şəxsiyyətlərin rolunun araşdırılması və obyektiv öyrənilməsi üçün əlverişli şərait yaranmışdır. Nəticədə əlamətdar hadisə və prosesləri, dövlət xadimlərinin həyat və fəaliyyətlərini tədqiq etmək və qiymətləndirmək böyük maraq doğurmuşdur.

Bu baxımdan hüquq üzrə elmlər doktoru, professor Əli Rzayevin “Şəxsiyyət Dövlət Möcüzə...” adlı dərs vəsaiti müəllifin müasir dövlətçilik problemlərinə baxışlarının orijinallığı, fundamentallığı, dövlət, dövlət hakimiyyəti, şəxsiyyət və din amili, onun dövlətin formalaşmasındakı rolu xüsusilə seçilir.

Müəllif bir-biri ilə sıx bağlı olan üç problemə dövlət intizamının möhkəmləndirilməsini, cəmiyyətin və dövlətin bütün həyat fəaliyyəti sahəsində qanunçuluğahüquq normalarına riayət etməsini təmin edən xüsusi ictimai münasibət kimi baxır.

Lakonikliyi və məna dərinliyi ilə seçilən, zamanın süzgəcindən keçərək bugünümüzədək gəlib çatan Azərbaycan və dünya klassiklərinin hikmətli sözlərindən hər fəslin və paraqrafın başlanğıcında, məzmununda geniş istifadə edilməsi kitabı daha məzmunli edir.

İstifadə olunan ədəbi və elmi mənbələr müəllifin geniş dünyagörüşünü, mütaliə qabiliyyətini əks etdirir. İqtibasların məntiqi cəhətdən yerində işlədilməsi əsərin dəyərini daha da artırır. Müəllif onların köməyi ilə öz fikir və mülahizələrini elmi əsaslarla reallaşdırır, paraqrafların hər birini mükəmməl nəticələrlə yekunlaşdırır.

Hər bir bölmə tədqiqat mövzusu olmasına baxmayaraq, müəllif bütün bu kateqoriyaları məharətlə birləşdirmiş və bu amil mövzunun ümumi mahiyyətinin açılmasında özünəməxsus rol oynamışdır. Problemin kompleks şəkildə araşdırılması professor Əli Rzayevə mühitin öyrənilməsinə düzgün elmi-metodoloji yanaşmağa imkan vermişdir.

Alim dövlət mexanizmini hərəkətə gətirən, sistemə dinamiklik verən əsas elementin insan olduğunu nəzərə alaraq kitabın ilk bölməsində şəxsiyyət amilini üç istiqamətdə - zaman, məkan və siyasi mühit prizmasından araşdırmışdır. Kitabın birinci bölməsində insanın canlı aləmdə yeri, şəxsiyyətin xarakterik xüsusiyyətləri, şəxsiyyət ləyaqəti, şəxsiyyətin statusus. məsələlərə toxunulmuşdur.

“Həyatda şərəf və şərəfsizliyi, şəxsi rifahictimai borcu, tamahkarlıq və vicdanlılığı hər kəs özü seçir”. Ulu öndər Heydər Əliyevin bu müdrik kəlamı ilə müəllif insanın üzərinə böyük məsuliyyətn düşdüyünü önə çəkir.

Kitabda dövlət, dövlət təzahürlərinə, yəni dövlət hakimiyyətinə, dövlət aparatına, dövlət idarəetməsinə və dövlət qulluğuna qarşılıqlı təsirdə və əlaqədə baxılır, hər birinə qısa təhlil verilir. Dövlətə dövlətçiliyin hissəsi kimi baxılır. Müasir dövrdə idarəetmənin mahiyyəti, dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsində rolu, insanın həyat fəaliyyətində bu fenomenə diqqətin artırılması təklif olunur.

Kitabın əsas ideya mənbəyini təşkil edən dövlət və cəmiyyət münasibətləri, dövlətin tarixi tipləri, idarəçilik formaları və hüquqi dövlət anlayışları dövrün mütəfəkkir şəxslərinin (Platon, Aristotel, T.Hobbs, C.Lokk, J.J.Russo, B.Spinoza və b.) mütərəqqi konsepsiyaları baxımından nəzərdən keçirilir.

Kitabda qədim dövrdə nümunəvi dövlətlərin yaradılmasında Likurqun, Solonun, Serviy Tuliyin rolu: Likurq qanunları və Sparta aristokratik dövləti; Solonun islahatları və Afina quldarlıq demokratiyası; Serviy Tuliyin islahatları və Roma Aristokratik Respublikası; Ən yeni dövrdə Medisonun demokratik yönümlü dövlətlər üçün nümunə sayılan ABŞ demokratik konstitusiyasının yaranmasında rolu yarımfəsillərdə təhlil edilir.

Qədim dövr filosoflarının (Fales, Pifaqor, Konfutsi, Heraklit, Sokrat, Demokrit, Platon, Aristotel, Siseron) təlimləri, orta əsrlərdə Şərq müdriklərinin (əl Fərabi, İbn-Sina, Nizammülk, Nizami Gəncəvi, Nəsirəddin Tusi) fikirləri, orta əsrlərdə və yeni dövrdə Avropa mütəfəkkirlərinin (N.Makiavelli, F.Bekon, T.Hobbs, C.Lokk, Ş.Monteskye, J.J.Russo) baxışları tədqiqata cəlb edilib.

Dərs vəsaitinın sonuncu bölməsində ŞumerQuran möcüzələrindən bəhs edilir. Bu iki möcüzədə ümumi oxşarlığın olduğu bildirilir. Eramızdan əvvəl IV minillikdə haradan gəldiyi və kimliyi məlum olmayan Şumerlərin qısa müddətdə dünyanı heyrətə gətirən yeniliklərin: ilk kəşflərin, icadların və ixtiraların haradan qaynaqlanması hələ də dəqiq cavabını tapmamışdır. Bir sözlə, dərs vəsaitində Şumer möcüzəsi (itmiş Şumer tarixinin dirçəlişi, Şumerlərin bəşəriyyətə verdiyi yeniliklər, onların mənşəyi, dili, siyasi hakimiyyəti və başqa mədəniyyətlərə təsiri), Quran möcüzələri (Quranda elmi həqiqətlər, Həzrəti Məhəmmədin (s) elm və davranışla bağlı kəlamları, Həzrəti Əlinin (s) elmi təfəkkürü) təhlil edilir. Axırıncı yüzillikdə yeni texnologiyanın tətbiqi və elmin inkişafı nəticəsində əldə olunan yeni kəşflərin və ixtiraların dərindən təhlili göstərir ki, bütün bunlar 1600 il bundan əvvəl ilahidən nazil olmuş Qurani-Kərimdə dəqiqliklə öz əksini tapmışdır.

Kitabda qədim dövrdə ən inkişaf etmiş Krit mədəniyyətinin və Roma sivilizasiyasının çiçəklənməsində Şərqin təsiri tarixi faktorlarla əsaslandırılır və Şərq elminin Avropaya transformasiya yolları açıqlanır. ŞumerQuran möcüzələri məsələlərinin ön plana keçirilməsinin əsas məqsədi Şərqdə Şumerlərdə yaranmış sivilizasiyanın və elmin dünyaya yayılması, geriyə qayıdış ənənəsinin getməsini göstərməkdir.

Bu dərs vəsaitində böyük filosof və mütəfəkkirlərin aforizmlərindən (müdrik kəlamlardan), internet materiallarından, tarixielmi mənbələrə istinadən geniş istifadə edilmişdir. Bütövlükdə müxtəlif məsələlərin tədqiqini özündə əks etdirən bu dəyərli dərs vəsaiti dövlətçiliklə bağlı mürəkkəb və mühüm məsələlərin həllinə kömək göstərəcəkdir.

Kitab müəllifin yüksək fərdi yaradıcılığının, uzun müddət zəhmət və səbr tələb edən araşdırmalarının və elmi axtarışlarının uğurlu bəhrəsidir.

Professor Ə.Rzayevin əsərinin fərqli cəhətləri və xarakterik xüsusiyyətləri onun dövlət qulluğu problemlərinin mahiyyətinə dərindən nüfuz etməyə səy göstərməsi, dövlət qulluğu sisteminin hüquqi modelini formalaşdırması, oxuculara nəzəri-hüquqi materiallarla yanaşı, həmkonkret praktiki tövsiyələr verməsindədir.

Dərs vəsaitinin innovasiya xüsusiyyətləri özünü onun struktur orijinallığında, məzmununun genişliyində, əhatəliliyində və ensiklopedik mahiyyətində hərtərəfli büruzə verir.

Əli Rzayev zəngin ömür yolu keçmiş, təcrübəli və uzaqgörən bir insandır. Hüquq elmi üzrə xeyli əsərləri var ki, yaşantımızın bütün sahələrində istifadə olunur və diqqəti cəlb edir.

 

Habil QURBANOV,

hüquq üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2016.- 5 noyabr.- S. 5.