Xalqlar dostluğu körpüsü

 

Sivil birgəyaşayışı təşviq edən forumlar Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir

 

Bu ilin sentyabrında Bakı daha bir mötəbər tədbirə - V Bakı Beynəlxalq Humanitar Forumuna evsahibliyi etdi. Bununla da respublikamızın paytaxtında keçirilən beynəlxalq tədbir yeni dünya nizamının aktual çağırışlarının və bəşəri səciyyə daşıyan qlobal problemlərinin müzakirəsi, eləcə də faydalı qərarların qəbulu baxımından uğurlu platforma rolunu oynadı.

Ümumiyyətlə, son illər bir sıra beynəlxalq iqtisadi, siyasihumanitar tədbirlərin məkanı kimi Bakı şəhərinə üstünlük verilməsi respublikamızın nüfuzunu daha da yüksəldir, dünya ictimaiyyəti ölkədə həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Azərbaycanın belə işgüzar beynəlxalq forumların təşkilində fəal iştirakı ilk növbədə sosial-iqtisadi tərəqqi və demokratikləşmə xəttinə, liberal dəyərlərə, tolerantlıq və multikulturalizm mərkəzi olduğuna sadiqliyini sübuta yetirir. Bu baxımdan respublikamızda təşkil olunan beynəlxalq mədəniyyətlərarası forumların əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir.

Xatırladaq ki, hələ 2008-ci ildə respublikamızın paytaxtında “Mədəniyyətlərarası dialoqda qadınların rolumövzusunda konfrans keçirilmiş və mədəniyyətlərarası dialoqda onların iştirakına dair Bakı Bəyannaməsi qəbul edilmişdir. 2009-cu ildə isə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Həmin ildə Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. Bundan başqa, UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə 2011-ci və 2013-cü illərdə Bakıda I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilmişdir. Ötən il Bakıda təşkil olunmuş III Mədəniyyətlərarası Dialoq Forumu da respublikamızın mədəniyyətlər arasında körpüyaratma missiyasını bütün dünyaya bəyan etmişdir. Azərbaycan 2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edəcəkdir. 2018-ci il üçün Naxçıvan İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur.

Azərbaycanın paytaxtı 2011-2016-cı illərdə I, II, III, IV və V Bakı Beynəlxalq Humanitar forumlarına evsahibliyi etməklə yanaşı, dinlərarası dialoq sahəsində də sözünü demişdir. Məsələn, son illər Dünya Dini Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB Müsəlmanlarının Məşvərət Şurası, Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını Bakı şəhərində təşkil etmişlər. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində mötəbər idman tədbirləri də mühüm rol oynayır. Ötən il Bakıda ilk Avropa Oyunlarının, bu il “Formula-1” yarışının və Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi Azərbaycanın sabit, inkişaf edən, multikultural dəyərlərə sadiq ölkə olmasının beynəlxalq miqyasda təsdiqi olmuşdur.

Forumların keçirilməsində əsas məqsədlərdən biriinsan fəaliyyətinin bütün sahələrində çalışan elm adamlarını, mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını tapmaqdır. Forumun qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin narahatlığını özündə əks etdirən mövqeləri isə, bir qayda olaraq, Bakı Bəyannaməsində işıqlandırılır.

Paytaxtımızda keçirilən beynəlxalq humanitar forumlar istər formasına, istərsə də müzakirə olunan məsələlərin əhəmiyyətinə görə həmişə fərqlənmişdir. Bu forumlarda, əsasən, multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzular müzakirə olunmuşdur.

“Dəyirmi masalar vasitəsilə dialoqların qurulması - ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də intellektual müzakirələr məkanına çevrilir. Burada keçirilən humanitar forumlarla hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində təşkil olunan ənənəvi illik iqtisadi forumlar arasında analogiya aparanlar bu mənada haqlı görünürlər. Davosda iqtisadi, Bakıda humanitaryönümlü müzakirələr, konfranslar, debatlar keçirilir.

2016-cı il aprelin 24-28-dək Bakıda “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında təşkil edilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da respublikamız üçün uğurlu nəticələrlə tarixiləşmişdir. Forumun yekunları ilə bağlı ən ümumi, ilkin qənaət bu olmuşdur ki, respublikamızın multikulturalizm sahəsində əldə etdiyi çoxəsrlik təcrübə müasir dünyada mütərəqqi model kimi qəbul olunurmaraqla qarşılanır. Forum miqyasına, məqsədlərinə və müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə respublikamız üçün həm də unikal təbliğat platforması kimi yadda qalmışdır.

Dünyanın 147 ölkəsindən gəlmiş 2000-dək nüfuzlu qonaq - dövlət başçıları, hökumət rəsmiləri, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, incəsənət, media və akademiyaların təmsilçiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri bir neçə gün ərzində Azərbaycanın iqtisadi, siyasi, mədəni və multikultural sahələrdəki uğurlarının canlı şahidlərinə çevrildilər.

Forumun yekunlarına nəzərən dünyanın ən müxtəlif kütləvi informasiya vasitələri respublikamızdakı inklüziv cəmiyyət modelinin spesifik cəhətlərini xüsusi önə çəkmiş, Azərbaycanda dünyada qarşılıqlı mədəni dialoqun və əməkdaşlığın yeni modelinin formalaşdığını qeyd etmişlər.

ForumdaMultikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolumövzusunda bölmə iclasında xüsusi vurğulanmışdır ki, respublikamız təkcə iqtisadi, siyasi, mədəni, habelə idman sahəsində əldə etdiyi böyük nailiyyətlərlə deyil, həm də mövcud ictimai-siyasi sabitlik, dini, milli, irqi dözümlülük və tolerantlıq amillərinə görə seçilir. bu tolerantlıqdan da irəli gələrək ölkəmizdə əsrlər boyu müxtəlif xalqların nümayəndələri dinc yanaşı yaşamış, fərqli mədəniyyətlərin qarşılıqlı harmoniyası bənzərsiz multikultural məkanın formalaşmasını təmin etmişdir.

Forumda aparılan müzakirələrdə Azərbaycan multikulturalizminin inkişafında ictimai təsisatların - xüsusən Heydər Əliyev Fondunun uğurlu fəaliyyətinin də önə çəkilməsi diqqətəlayiq məqam kimi qeyd olunmalıdır. Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu baxımdan xüsusi qeyd edilməlidir. Layihə çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfələr verir. Azərbaycan tərəfindən Vatikanın tarixində ilk dəfə Romada artıq müqəddəs MarçelinoPyotr katakombaları bərpa edilmiş, eyni zamandaOr-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa olunmuşdur.

ForumdaSosial inteqrasiya sahəsində qabaqcıl metodlarmövzusunda ikinci plenar iclasda çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əhəmiyyətli foruma evsahibliyi etməyin Azərbaycan üçün şərəf olduğunu bildirmiş, tədbirin konstruktiv dialoqun inkişafına və sivilizasiyaların zənginləşməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

V Bakı Beynəlxalq Humanitar Forumu da öz miqyasına, əhəmiyyətinə, səmərəli nəticələrinə görə 2016-cı ildə respublikamızda keçirilmiş ən mötəbər tədbirlər sırasındadır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” sərlövhəli məqaləsində (“Azərbaycan” qəzeti, 28 oktyabr 2016-cı il) qeyd olunduğu kimi, “Şəksiz ki, Azərbaycanın müasir tarixi mərhələyə daxil olmasının ən aşkarparlaq əlaməti ölkəmizdə mədəni həyatın çiçəklənməsi, Azərbaycan və ümumdünya mənəvi dəyərlərinin qarşılıqlı nüfuz etməsinin yeni paradiqmaları və perspektivləridir. Ölkəmizdə həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlər, forumlar, konfranslarseminarlar, həmçinin Azərbaycan xalqının mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə onların üzvi qarşılıqlı əlaqəsini təbliğ edən festivallar və müsabiqələr təşkil olunur. Azərbaycan və Rusiya liderlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu bu baxımdan nümunəvi misal, özünəməxsus xalqlar dostluğu körpüsüdür”.

İlk dəfə 2011-ci il oktyabrın 10-11-də keçirilmiş I Bakı Beynəlxalq Humanitar Forumu mühüm nəticələrlə yadda qalmış, respublikamızın sivilizasiyalararası dialoq məkanına çevrildiyini nümayiş etdirmişdir. Ümumilikdə humanitar əməkdaşlıqla bağlı qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün nüfuzlu platforma kimi nəzərdə tutulmuş humanitar forumların məqsədi XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiya müəyyən etməkdir. Humanitar forum təşkilatçılarının və iştirakçılarının, sosialhumanitar elmlər, o cümlədən dünya mədəni elitası nümayəndələri qarşısında müəyyənləşdirdikləri ən mühüm vəzifə gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır.

V Bakı Beynəlxalq Humanitar Forumu istər iştirakçıların sayı və nüfuzu, istərsə də müzakirə olunan mövzuların elmi-praktik əhəmiyyəti baxımından bütün dünyanın diqqət mərkəzində olmuşdur. Mötəbər tədbir müasir dövrün hədəflərinə və çağırışlarına cavab verməyə, onların aradan qaldırılması yollarını tapmağa çalışaraq iştirakçılarının geniş tərkibi və yüksək təşkilati səviyyəsi ilə fərqlənirdi. Forumun işində dünyanın 80-ə yaxın ölkəsindən 400-dən çox nümayəndə (o cümlədən 15 Nobel mükafatı laureatı) iştirak edirdi. Forumun saytında qeyd edilir ki, “onun iştirakçıları təbiət elmlərinin, ictimaihumanitar elmlərin, habelə dünyanın mədəni elitasının nümayəndələridir. Onlar öz qarşısına ambisiyalı bir məsələ - sonradan beynəlxalq miqyasda müzakirə etmək məqsədilə yeni humanitar gündəliyin formalaşması məsələsini qoyurlar. Foruma həm də “dünyanın böyükləri” - indikiya keçmiş dövlət başçıları və transmilli korporasiyaların əsasını qoyanlar dəvət edilir. Bəşər fəaliyyətinin bütün sahələrinin nümayəndələrinin birləşməsi yolu ilə bəşəriyyəti narahat edən aktual məsələlərin optimal həlli tapılır”.

Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiyamüasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativetik problemlər” forumun əsas müzakirə mövzuları olmuşdur. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən maraqla qarşılanmışdır.

Sonuncu Bakı Forumu çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğrumövzusuna həsr olunmuş müzakirələrin keçirilməsi də təsadüfi deyildir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan edilməsi respublikamızın bu sahədə əldə etdiyi müstəsna uğurların ictimaiyyətə çatdırılması baxımından vacib əhəmiyyət kəsb edir. Əlbəttə, multikulturalizm bəlkə də cəmiyyətdə yeni termin kimi qarşılana bilər, əslində isə onun fəlsəfi-ideoloji mahiyyətində Azərbaycan xalqının əsrlər boyu əxz etdiyi sivil dəyərlər dayanır. Başqa xalqlara, mədəniyyətlərə hörmət əslində ümummilli lider Heydər Əliyevin milli ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılığın ana axarını təşkil edir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan çoxdan bu proseslərin fəal iştirakçısıdır. Bu məsələyə münasibətini ulu öndər zamanında belə ifadə etmişdi: “Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim İpək yolunun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsinə başlanması mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında mühüm rol oynayır”.

Bununla da Azərbaycan xalqına xas olan, onun mahiyyətini, mentalitetinin xüsusiyyətlərini müəyyən edən və səciyyələndirən multikulturalizm mövzusu bütün Bakı humanitar forumlarının işində üstünlük təşkil edir.

Akademik Ramiz Mehdiyev “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” məqaləsində yazır: “Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Bu qiymətli sosial hadisə Azərbaycan xalqının əsl keyfiyyətini və xarakteristikasını açıqlayır, onun hansı mənəvi yüksəkliklərə çatdığını göstərir. Müxtəlif xalqların elitasının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətini yüksək qiymətləndirir, vurğulayırlar ki, Azərbaycan haqlı olaraq multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Multikulturalizm çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən səmərəli vasitədir”.

Müşahidələr göstərir ki, bu gün multikulturalizmə ən böyük təhlükə Qərbdən gəlir. Bir zamanlar belə bir təhlükəni qərəzli şəkildə İslamla əlaqələndirməyə çalışan bəzi Avropa dövlətləri getdikcə özləri etnik müxtəlifliyin ən böyük düşmənlərinə çevrilirlər. Başqa dinlərə qarşı başlanmış “səlib yürüşüilk növbədə bu geosiyasi arealda sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirir.

V Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələrdə bildirilmişdir ki, hazırda yaranmış vəziyyət etnik-milli dözümlülüyün, habelə tolerantlıq və multikulturalizm kimi dəyərlərin bəşəriyyət üçün önəmini daha da artırır. Xüsusən də multikulturalizm bu gün fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amillərdən biri kimi çıxış edir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.

Tədbirdə dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “...Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz, öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək”.

Humanistdemokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Multikultural cəmiyyət olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq qeyri-mümkündür. Multikulturalizmdən imtina etmək, əslində, anlaşılmazlığa, ksenofobiyaya, qarşıdurmaya, millidini münaqişələrə rəvac verən bir yoldur.

V Bakı Beynəlxalq Humanitar Forumunda xüsusi vurğulanmışdır ki, müasir dövrdə hər bir xalqın identikliyinə hörmətlə yanaşmaq, onun mənəvi və maddi mədəniyyət nümunələrinin inkişafına dəstək vermək, dilinə, dininə dözümlü münasibət göstərmək multikulturalizmin əsas qayəsini təşkil edir. Bu mənada multikulturalizm həm də xalqların özünüifadə və özünütəsdiq əzmini gerçəkləşdirən mühüm meyardır. Multikulturalizm əsla öz mədəniyyətindən imtinaya imtina edilməyə kənar təzyiqlərin göstərilməsi demək deyildir. Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanların yüksək mədəni səviyyəsi kimi özünü nümayiş etdirən multikulturalizm cəmiyyətləri milli eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən liberal düşüncə tərzidir. Dözümsüzlük göstərmədən başqa mədəniyyətləri olduğu kimi qəbul etmək dünyanın əşrəfi sayılan insana yüksək dəyər verməkdir.

Forum iştirakçılarının qənaəti bundan ibarət olmuşdur ki, qloballaşan müasir dünyada dəyər sistemləri yenilənir, sosial və mədəni proseslər sürətlənir. Həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi-mənəvi irəliləyişlər baş verir. Bu şəraitdə elmin və təhsilin inkişafı, yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin təşəkkülü vaxtilə sırf nəzəri təsir bağışlayan bir sıra problemləri aktuallaşdırır. Müasir dünyada aktual çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün xalqların bir-biri ilə daha yaxın və mehriban münasibətlər yaratması vacibdir. Forum zamanı iştirakçılar Azərbaycanda məhz belə bir multikultural məkanın formalaşdığının əyani şahidi olduqlarını vurğulamışlar.

Bu da təsadüfi deyildir ki, forumda iştirak edən dünyanın nüfuzlu ictimai-siyasi xadimləri bu tədbirin əhəmiyyəti ilə yanaşı, ölkəmizin dinamik inkişaf tempi, xalqımızın multikultural mədəniyyəti barədə xoş fikir və rəylər bildirmişlər. Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Pan Gi Mun V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına ünvanladığı məktubda tədbirin böyük əhəmiyyətini qeyd etmişdir.

Rusiya Federasiyası hökuməti sədrinin müavini Olqa Qolodets, BMT Baş katibinin müavini xanım Cihan Sultanoğlu, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida və başqaları çıxışlarında Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun ədalət, sülh və bərabərlik ideyalarını yayan mühüm platformaya çevrildiyini vurğulamışlar. Qeyd olunmuşdur ki, belə bir forumun Bakıda keçirilməsi ilk növbədə respublikamızın sivilizasiyalararası dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir.

Xüsusi vurğulayaq ki, bölmə iclaslarında Ermənistanın təcavüzkar siyasəti və danışıqların hazırkı vəziyyəti barədə əcnəbi qonaqlara ətraflı məlumat verilmişdir. Beynəlxalq birliyin təcavüzkara təzyiq göstərməməsi, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi vurğulanmışdır.

Ümumilikdə V Bakı Beynəlxalq Humanitar Forumu sübuta yetirmişdir ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu məkan olaraq bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. Beynəlxalq tədbir bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara cavab tapılması, mövqelərin yaxınlaşdırılması, mədəni dəyərlərin bölüşdürülməsi baxımından da əhəmiyyətli olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq humanitar forumlar sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2016.- 6 noyabr.- S. 1, 2.