Gəncədə İkinci Azərbaycan
Elm Festivalına yekun vurulub
Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü
ilə keçirilən
və respublikanın elmi ictimaiyyəti tərəfindən böyük
rəğbətlə qarşılanan
İkinci Azərbaycan
Elm Festivalı noyabrın
5-də Avropanın Gənclər
Paytaxtı Gəncə
şəhərində bir
sıra tədbirlərdən
sonra işinə yekun vurub.
AZƏRTAC xəbər verir ki, festival iştirakçıları əvvəlcə
ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində
ucaldılan abidəsini
ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Miniatür
Kitab Muzeyinin Gəncə filialı, eləcə də “Qədim və müasir elm, mədəniyyət
mərkəzi Gəncə”
adlı sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə Gəncənin
çoxəsrlik tarixini,
zəngin maddi-mədəniyyətini,
həmçinin şəhərin
müasir elmi potensialını əks etdirən guşələr
nümayiş etdirilir.
Sərgidə ötən əsrin
70-ci illərindən başlayaraq
ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində
Gəncədə elmin
müxtəlif sahələri
üzrə qazanılan
uğurlardan bəhs edən tarixi-sənədli
film göstərilib.
Festival Gəncə Şəhər
İcra Hakimiyyətinin
böyük iclas zalında davam etdirilib. Tədbirdə şəhər icra
hakimiyyətinin başçısı
Elmar Vəliyev çıxış edərək
ikinci dəfə keçirilən Elm Festivalının
ölkəmizdə elm sahəsində
qazanılan uğurların
təbliği baxımından
mühüm rol oynadığını diqqətə
çatdırıb.
Bildirilib ki, elmin inkişafı
ölkənin sosial-iqtisadi
və mədəni inkişafı ilə sıx bağlıdır. Bu gün sosial-iqtisadi inkişafın yeni mərhələsində respublikanın
intellektual gələcəyini
təmin etməyin yolu elmin inkişafından
asılıdır. Azərbaycanda elmin inkişafı dövlətin daim diqqət mərkəzindədir.
Dövlət müstəqilliyinin bərpasından sonra bu sahəyə göstərilən diqqət
və qayğı elmin inkişafında müsbət nəticələr
əldə etməyə
imkan verib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
elm və təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Qədim
tarixə və zəngin mədəniyyətə
malik olan Gəncənin Azərbaycan
elminin, mədəniyyətinin
formalaşmasında mühüm
rol oynadığını,
tarixən bu şəhərin elm, təhsil
və mədəniyyət
mərkəzlərindən biri olduğunu vurğulayan Elmar Vəliyev Elm Festivalının
növbəti mərhələsinin
Gəncədə keçirilməsinin
şəhərin elmi-ictimai
həyatında əlamətdar
hadisə olduğunu bildirib.
Qeyd edilib ki, bu gün
Gəncədə fəaliyyət
göstərən AMEA-nın
Gəncə Bölməsi
şəhərin və
ətraf rayonların iqtisadi potensialının elmi əsaslarla araşdırılmasında mühüm
rol oynayır.
Gəncənin həm də
2016-cı ildə Avropanın
Gənclər Paytaxtı
olduğunu vurğulayan
Elmar Vəliyev, hər il
olduğu kimi, bu il də
şəhərdə keçirilən
müxtəlif festivalların
xalqımıza xas zəngin tarixi-mədəni
irsin təbliğində
önəmini diqqətə
çatdırıb.
Sonra festivalda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi,
Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxış
edərək bildirib ki, elm festivalının keçirilməsində məqsəd
ölkədə elmin
təbliğ edilməsi,
elmi tədqiqatlarla təhsilin inteqrasiyasını
təmin etmək, eləcə də aparılan elmi araşdırmaların təcrübəyə
tətbiqinə nail olmaqdır.
Akademik Əhliman
Əmiraslanov tibb sahəsində qazanılan
nailiyyətlərdən bəhs
edərək deyib ki, bütün dövrlərdə tibb elminin qarşısında
duran əsas məsələ keyfiyyətli
tibbi yardım göstərmək və insanların sağlam yaşayışını təmin
etmək olub. Hazırda tibb
elminin sürətli inkişafı ilə insanların da orta ömür müddəti uzanıb.
Bir sıra xəstəliklərin
müalicəsində böyük
uğurlar qazanılıb.
Keçmişdə insanların kütləvi
tələfatına səbəb
olan taun, vəba, çiçək
və digər yoluxucu epidemiyaların qarşısının alınmasında
böyük nailiyyətlər
əldə olunub.
Məhz,
tibb sahəsində aparılan uğurlu tədqiqatlar nəticəsində
peyvəndlər yaradılıb
ki, bunlar da insanlar arasında
kütləvi ölüm
hallarının qarşısının
alınmasında əsaslı
dönüş yaradıb.
Yaxın gələcəkdə tibb
elminin qarşısında
duran əsas istiqamətlər haqqında
məlumat verən akademik Əhliman Əmiraslanov son dövrlərin
tibbi nailiyyətləri
olan müxtəlif orqanların transplantasiyasından,
onkologiya sahəsində
qazanılan uğurlardan
danışıb.
Festival iştirakçılarına
molekulyar biologiyanın,
biotexnologiyaların tətbiqi
və bu sahədə əldə olunan nəticələr barədə də məlumat verilib.
AMEA-nın vitse-prezidenti
İbrahim Quliyev çıxışında Azərbaycan
Milli Elmlər Akademiyasının təşəbbüsü
ilə keçirilən
festivalın elm və
cəmiyyət arasındakı
dialoqun qurulmasına xidmət etdiyini söyləyib. O, İkinci Elm Festivalının Gəncə
şəhərində keçirilməsinin
əlamətdar hadisə
olduğunu və Gəncə elminin inkişafına böyük
töhfə verəcəyini
bildirib.
Çıxışında XII əsrin dahi mütəfəkkiri, filosof-şair Nizami Gəncəvinin humanizm fəlsəfəsini təhlil
edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi
Teymur Kərimli şairin əsərlərində
elmin təbliğinə
geniş yer verdiyini vurğulayıb.
AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fövqəladə
hallarla bağlı, xüsusən də zəlzələlərin baş
verəcəyi haqqında
məlumatların əhali
arasında çaşqınlıq
və təşvişlə
qəbul edilməməsi
üçün seysmik
zonada yaşayan insanlar arasında maarifləndirmə tədbirlərinin
keçirilməsinin vacibliyindən
danışıb.
Akademiyanın Fizika İnstitutunun direktoru Nazim Məmmədov isə Gəncədə müxtəlif
elm və təhsil mərkəzlərində fəaliyyət
göstərən gənc
alimləri əməkdaşlığa
dəvət edib.
AMEA-nın Gəncə Bölməsinin akademik-katibi
Fuad Əliyev çıxış edərək
Elmin İnkişafı
üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm və
təhsil sahəsində
yüksəkixtisaslı kadrların
hazırlanması prosesinin
elmi-tədqiqat müəssisələrinin
üzərinə böyük
məsuliyyət qoyduğunu
söyləyib.
Ümumrusiya Elm Festivalının direktoru
Leonid Qusev müasir dövrdə elm sahəsində
gənc kadrların hazırlanmasının, onların
düzgün istiqamətləndirilməsi
və dəstəklənməsinin
vacib olduğunu qeyd edib. O, alim və mütəxəssisləri
bu prosesdə fəal iştirak etməyə çağırıb.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə
Bölməsində, Azərbaycan
Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Universitetində elmi-populyar
mühazirələr dinlənilib,
həmçinin muzeylərə,
elmi laboratoriyalara və emalatxanalara ekskursiyalar təşkil olunub.
Tədbirin bədii hissəsində
Gəncə Dövlət
Filarmoniyasının “Göy-göl”
Dövlət Mahnı
və Rəqs ansamblının üzvləri
və ABŞ-ın
“Acidic Band” musiqi qrupu
festival iştirakçıları qarşısında maraqlı
konsert proqramı ilə çıxış
ediblər.
Beləliklə, İkinci
Azərbaycan Elm Festivalı noyabrın 5-də
Gəncə şəhərində işinə yekun vurub.
Azərbaycan.- 2016.- 6 noyabr.- S. 3.