K.S.İmanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə Kamran Sultan oğlu İmanov “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 8 noyabr.- S. 1.