Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlaqələr genişlənir

 

Noyabrın 7-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan, Türkiyənin milli təhsil nazirinin peşə təhsili üzrə müavini Ercan Dəmircinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli kadrların hazırlanmasında peşə təhsilinin əhəmiyyətindən danışılıb.

M.Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib.

Eyni zamanda, peşə təhsili sahəsində təcrübənin öyrənilməsi və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Azərbaycan.- 2016.- 8 noyabr.- S. 3.