Vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı

                        

Konstitusiya hər bir ölkədə mövcud sosial-iqtisadiictimai-siyasi sistemin əsaslarını təsbit edən, yüksək hüquqi qüvvəsi olan, ictimai münasibətlərin ən mühüm sahələrini nizama salan, birbaşa hüquqi qüvvəyə malik olan, qanunvericilik sisteminin əsasını təşkil edən normativ hüquqi aktdır.

Hər bir vətəndaş konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlara malikdir. Konstitusiya demokratiyanın ən mühüm institutlarından biri olmaqla dövlətin inkişafı ilə əlaqəli şəkildə inkişaf edir. Sovet hakimiyyəti illərində Azərbaycanda Konstitusiya dörd dəfə (1921, 1927, 1937, 1978-ci illərdə) qəbul olunmuşdur. Həmin konstitusiyalarda nəzərdə tutulan hüquq və azadlıqlar formal xarakter daşımaqla cəmiyyətdəki reallıqları əks etdirmirdi. Xüsusi mülkiyyəti istisna edən sosialist təsərrüfat sisteminin möhkəmlənməsinə, Kommunist Partiyasının rəhbər mövqeyininkommunizm ideyalarının bərqərar olmasına yönəlmişdi.

Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edildi. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri yeni konstitusiyanın qəbul edilməsi idi. Bunu Azərbaycan Respublikasının beynəlxalq hüququn subyekti kimi tanınması, ictimai həyatın bütün sahələrində köklü iqtisadisiyasi, o cümlədən hüquqi islahatların aparılması zərurəti şərtləndirirdi.

Azərbaycan Respublikasının Milli Məclisi 1995-ci il mayın 2-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdiişçi qrupu yaradıldı. Aparılan gərgin işin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də müstəqil və suveren Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və noyabrın 27-də qanuni qüvvəyə mindi.

Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatını formalaşdırmaq və s. kimi məsələlər öz əksini tapmışdır.

Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi milli dövlətin formalaşmasında, hüquq sistemininqanunvericiliyin inkişafında mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına əsaslanır. Belə ki, konstitusiya işlənib hazırlanarkən “Ümumdünya insan hüquqları Bəyannaməsi”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktlar, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq aktlar nəzərə alınmışdır. Digər ölkələrin konstitusiyaları kimi, Azərbaycan Respublikasının Əsas Qanunu da bir qayda olaraq dövlət quruluşunu, seçki sistemini, hakimiyyət və idarəetmə orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini, azadlıqlarını, konstitusiyaya əlavə də dəyişikliklərin edilmə qaydasını və digər ən mühüm ictimai münasibətləri tənzim edir.

Konstitusiyada ilk dəfə olaraq hakimiyyət bölgüsü - qanunvericilik, icra və məhkəmə hakimiyyətləri öz təsdiqini taparaq onların səlahiyyətləri, hüquq və vəzifələri müəyyənləşdirildi.

Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi təsbit olunur. Bu dövlət öz fəaliyyətində hüququ rəhbər tutaraq, insan hüquq və azadlıqlarını təmin etməyi özünün başlıca vəzifəsi elan edir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi verilmişdir. Konstitusiyada bir qayda olaraq vətəndaşların şəxsi, siyasi, iqtisadi, sosial və mədəni hüquqları və azadlıqları təsbit olunmuşdur. Bərabərlik hüququ (maddə 25), Yaşamaq hüququ (maddə 27), Azadlıq hüququ (maddə 28), Mülkiyyət hüququ (maddə 29), Hikah hüququ (maddə 34), Əmək hüququ (maddə 35), Sosial təminat hüququ (maddə 38), Təhsil hüququ (maddə 42), Fikirsöz azadlığı (maddə 47), Seçki hüququ (maddə 56), Azad sahibkarlıq hüququ (maddə 59), Hüquqi yardım almaq hüququ (maddə 61) və s. hüquq və azadlıqlar bu qəbildəndir. Konstitusiyanın 158 maddəsinin 1/3-i insan hüquqlarına və onun təminatlarına həsr olunmuşdur. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyası inkişaf etmiş ölkələrin konstitusiyaları ilə bir sırada durur.

Konstitusiyada “Məhkəmə hakimiyyəti” adlanan 7-ci (125-133-cu maddələr) fəslində Azərbaycanda hakimiyyətin digər qollarından asılı olmayan məhkəmələrin formalaşdırılması qaydası, vəzifələri və səlahiyyətlərinin əsas prinsipləri öz əksini tapmışdır.

Konstitusiya müəyyən edir ki, məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Ədalət mühakiməsini həyata keçirərkən məhkəmələrin əsas vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai təşkilatların, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə etməkdən ibarətdir.

Hakimlərin beynəlxalq meyarlara uyğun seçimini təmin etmək üçün Məhkəmə Hüquq Şurasının yaradılması, 2000-ci ildə ilk dəfə olaraq məhkəmələrin yazılı test imtahanı və şifahi müsahibədən keçmə yolu ilə seçilmiş hakimlərdən formalaşdırılması, məhkəsisteminin üçpilləliyinin və müstəqilliyinin təmin edilməsi, bu prosesin şəffaf və demokratik əsaslarla keçirilməsi, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şəraitin yaradılması konstitusiyanın verdiyi təminatların nəticəsidir.

Konstitusiyaya əlavə də dəyişikliklərin edilməsi zərurəti daim unkişafda olan ictimai həyatın mövcud tələblərindən irəli gəlir. Bir çox ölkələrin konstitusiyalarında zaman çatdıqca əlavə və dəyişikliklərin edilməsi praktikası artıq mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan 7 il sonra Əsas Qanuna bir sıra dəyişikliklərin edilməsi zərurəti meydana gəlmişdir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması, məhkəmə hüquq islahatlarının həyata keçirilməsi, parlamentin fəaliyyəti və seçki sisteminin təkmilləşdirilməsinə dair yeni müddəaların konstitusiyada əks olunması ilə əlaqədar 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi (referendum) keçirilmiş, həyati vacib bir sıra məsələlər qanunvericilik qaydasında öz həllini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasına 2-ci əlavə və dəyişikliklər 2009-cu il 18 mart tarixində ümumxalq səsverməsi nəticəsində edilmişdir. Konstitusiyaya edilmiş bu əlavə və dəyişikliklər qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmişdir. Məsələn, Konstitusiyanın 128-ci maddəsinə edilmiş əlavəyə görə “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” və 129-cu maddəyə edilən əlavəyə görə isə “Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur” müddəaları Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarlarının qanunla müəyyən olunmuş müddətdə icra olunmasına, ədalət mühakiməsinin səmərliliyinin artırılmasına, məhkəmələrin nüfuzunun artmasına, vətəndaşların hüquqi təminatlarının gücləndirilməsinə yönəlmişdir.

Azərbaycan Respublikası Konstitusiyasına edilən 2009-cu il 18 mart tarixli dəyişiklikdən sonra keçən müddət ərzində ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında baş vermiş dəyişikliklər dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinin, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmin olunması zərurətini ortaya qoyurdu. Bu baxımdan 26 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi haqqında” referendum aktı layihəsinin ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi Azərbaycan xalqının həyatında mühüm hadisədir. Bu Referendum Aktı ilə konstitusiyanın bir sıra müddəalarına idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının genişlənməsinə yönələn əlavə və dəyişikliklər edilmişdir.

Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların inzibati və məhkəmə təminatı kimi verilmişdir. Bu ondan irəli gəlir ki, artıq ölkədə inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamış, işlərə inzibati orqanlarda baxılmasını tənzimləyən müvafiq qanunlar qəbul edilmişdir (İnzibati icraat haqqında, İnzibati Prosessual Məcəllə və digər qanunlar).

Konstitusiyanın yeni redaksiyada verilmiş 2-ci hissəsinə görə “hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın”. Bu müddəa insanların istər inzibati icraatda, istərsə də məhkəmə prosesində işə baxılmasında qərəzli münasibəti aradan qaldırmaqla işlərə obyektiv və ədalətlə baxılmasını təmin edir.

Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında işlərə baxılmasının konkret müddətləri müəyyənləşdirilmişdir. Lakin işlərin hərtərəfli araşdırma aparılmaqla qanuni həlli konkret müddətlər çərçivəsində bəzən mümkün olmur. İşlərin ağlabatan müddətdə baxılmasının konstitusion qaydada müəyyən olunması istər inzibati icraatda, istərsə məhkəmədə işin hallarının ədalətli araşdırılmasının təmin edilməsi, mahiyyətcə qanunasübutlara əsaslanan qərarın qəbulunu təmin edəcəkdir. Bu müddəa həm də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə uyğundur. Həmin bənddə qeyd edilir: “Hər kəs, onun mülkü hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir”.

Konstitusiyanın 68-ci maddəsi (zərərin ödənilməsini tələb etmək hüququ) yeni redaksiyada verilərək özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ adlandırılmışdır.

68-ci maddənin 1-ci hissəsinə edilən əlavəyə görə, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.

68-ci maddənin 2-ci hissəsinə edilən əlavəyə görə, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

Konstitusiyaya edilən bu əlavə dövlət orqanlarının bütün şəxslərə qarşı münasibətdə vicdanlı davranışını konstitusion qaydada təsbit edir (maddə 68 1-ci hissə) və dövlət qulluqçularının öz işlərinə münasibətdə məsuliyyətini artırır, hər kəsin dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində dəymiş zərərə görə dövlətə qarşı mülkü tələblərini müəyyənləşdirir (maddə 68, 2-ci hissə).

Konstitusiyanın 126-cı maddəsində hakimliyə namizədlər üçün yaş məhdudiyyətinin götürülməsi ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşlarının hakim seçilmək imkanlarını genişləndirəcək və hakim korpusunun keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasına edilən digər əlavə və dəyişikliklər günün tələblərinə cavab verən normalardır və Azərbaycanda demokratik dəyərlərin möhkəmləndirilməsinə xidmət edir.

Konstitusiyanın qəbulu Azərbaycan xalqının müstəqillik yolunda əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilməlidir. Əsas Qanun ölkənin sosial-iqtisadi və mədəni həyatının inkişafında və Azərbaycan xalqının bütün uğurlarının hüquqi təminatçısı kimi çıxış edir. Konstitusiyanın qəbulundan sonra Azərbaycan Respublikasının Cinayət, Mülki, Əmək, Cinayət Prosessual, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual və digər məcəllələr və qanunvericilik aktları qəbul edilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarına əsaslanan fizikihüquqi şəxslər öz haqlı tələblərinin və qanuni maraqlarının məhkəmədə müdafiəsini təmin edirlər.

Konstitusiyanın qəbulundan artıq 21 il keçir. Zaman Əsas Qanunumuzun qədər demokratik sənəd olduğunu təsdiq etmişdir. Ümummilli lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli fərmanı ilə hər il 12 noyabr Konstitusiya Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının vətəndaşları konstitusion hüquqlarından azadlıqlarından bu gün istifadə edərək öz Konstitusiyaları ilə haqlı olaraq fəxr edirlər.

 

Çingiz MƏMMƏDOV,

Gəncə Apelyasiya Məhkəməsinin hakimi

 

Azərbaycanb.- 2016.- 9 noyabr.- S. 5.